--:--:-- | 31 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

Şuşa Bəyannaməsi qardaşlığın sarsılmaz simvoludur

Aysel Əlibəyli 15 İyun 2026 · 15:27 1080 baxış

2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəlməsini təmin edib.

Elpress.az Azərtac- a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım açıqlamasında səsləndirib.Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Recep Tayyip Erdoğan tərəfindən imzalanan sənəd strateji tərəfdaşlığı müttəfiqlik səviyyəsinə yüksəldərək siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə və digər sahələrdə əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb.O bildirib ki, bəyannamənin əsas istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsidir. Bu, regionda sabitliyin qorunmasına, ölkələrin müdafiə potensialının güclənməsinə və təhlükəsizliyin təmin olunmasına xidmət edir.Deputat qeyd edib ki, sənəddə iqtisadi əməkdaşlıq, o cümlədən nəqliyyat-kommunikasiya layihələri və Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı hədəflər regionun iqtisadi xəritəsinin yenidən formalaşmasına töhfə verir.Fatma Yıldırım vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin bərpasında Türkiyə şirkətlərinin fəal iştirakı da Şuşa Bəyannaməsinin praktiki nəticələrindən biridir. Onun sözlərinə görə, bu tarixi sənəd Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən mühüm strateji manifestdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Avropa İttifaqından Rusiyanın Baş prokuroruna sanksiya

Next Article

Türkiyə liderindən Azərbaycana Milli Qurtuluş Günü təbriki

Bəlkə də, sizin üçün maraqlı olar ...;

XİN-dən Azərbaycan vətəndaşlarına vacib çağırış

Aysel Əlibəyli 09 İyun 2026 · 10:40 1106 baxış Azərbaycan Xarici İşlər Nazirliyi Ukrayna və Yaxın Şərqdə davam edən silahlı qarşıdurmalar fonunda vətəndaşlara müraciət edib. Elpress.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda hazırkı beynəlxalq təhlükəsizlik […]

Kamran Əliyev Nərimanov sakinlərinin müraciətlərini dinlədi

Aysel Əlibəyli 12 İyun 2026 · 16:04 1066 baxış Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaş müraciətlərinə baxılması istiqamətində tədbirlər davam etdirilir. Elpress.az “Report”a istinadən xəbər verir ki, iyunun 12-də Baş prokuror Kamran Əliyev […]

Səbail rayonunda əməyin mühafizəsinə həsr olunmuş təlim keçirilib

Aysel Əlibəyli 15 İyun 2026 · 17:55 1076 baxış Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər çərçivəsində Səbail rayonu üzrə tibb müəssisələrində çalışan əməyin mühafizəsindən məsul şəxslər üçün […]

YAP Xəzər rayon təşkilatının 33 illiyi qeyd olundu

Aysel Əlibəyli 21 İyul 2026 · 12:49 1034 baxış Elpress.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin […]