--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Yasamalda yol infrastrukturu yenilənir: Asfaltlanma işləri davam edir

Aysel Əlibəyli 28 İyul 2026 · 11:38 1122 baxış

Yasamal rayonunda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində genişmiqyaslı yol-təmir işləri davam etdirilir. Rayonun əsas küçələri ilə yanaşı, məhəllədaxili yollarda da asfalt örtüyünün yenilənməsi həyata keçirilir.

Elpress.az xəbər verir ki, aparılan işlər paytaxtın yol şəbəkəsinin yaxşılaşdırılması və sakinlərin rahat gediş-gəlişinin təmin olunması məqsədi daşıyır.Hazırda Hüseyn Cavid prospektinin müxtəlif hissələrində, Nazim Hikmət, Şeyx Məhəmməd Xiyabani və Ayna Sultanova küçələrində, eləcə də Kənar Dairəvi yolun müəyyən hissəsində köhnə asfalt qatı sökülərək yeni yol örtüyü salınır.

Bununla yanaşı, yaşayış massivlərində yerləşən daxili yollar da mərhələli şəkildə təmir olunur.Layihə çərçivəsində yol örtüyünün keyfiyyətinin artırılması, hərəkətin təhlükəsizliyinin təmin edilməsi və nəqliyyatın daha rahat təşkilinə yönəlmiş tədbirlər görülür. Yenilənən küçələrdə həm sürücülər, həm də piyadalar üçün daha əlverişli şərait yaradılması nəzərdə tutulur.Məlumata görə, rayonda abadlıq və infrastrukturun yenilənməsi ilə bağlı tədbirlər növbəti mərhələlərdə də davam etdiriləcək.

Həyata keçirilən işlərin Yasamalın şəhərsalma görünüşünün yaxşılaşmasına və sakinlərin gündəlik həyatına müsbət təsir göstərəcəyi bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mərkəzi Çağırış Komissiyasında TƏBİB-in təmsilçiliyi dəyişdirildi

Next Article

İlham Əliyev və Vladimir Putin regional məsələləri müzakirə ediblər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dünya Bankında Azərbaycan üzrə yeni müşavir təyin olunub

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 06:30 1076 baxış Elpress.az bildirir ki, Azərbaycan Mərkəzi Bankının Pul siyasəti Departamentinin şöbə rəisi Anar Paşacanov Dünya Bankının İcraçı Direktorunun müşaviri vəzifəsinə təyin edilib. Yeni vəzifəsində Paşacanov fəaliyyətinin ilk […]

Məktəblilərin payız tətilinin tarixləri açıqlanıb

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 21:43 1280 baxış Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində payız tətili noyabrın 16-da başlayacaq. Elpress.az xəbər verir ki, 2026/2027-ci tədris ili üzrə payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Tətilin […]

Avqustun 28-də ilin ikinci Ay tutulması baş verəcək

Aysel Əlibəyli 17 Avqust 2026 · 11:02 1114 baxış Qismən Ay tutulması dünyanın bir sıra bölgələrindən görünəcək, Azərbaycanda isə yalnız qısa müddət müşahidə olunacaq Elpress.az xəbər verir ki, 2026-cı ilin ikinci Ay tutulması avqustun 28-də […]