--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Xırdalan 15 dəqiqəlik şəhər göstəricisində Azərbaycan şəhərlərini qabaqlayıb

Aysel Əlibəyli 04 Noyabr 2026 · 19:20 1012 baxış

Xırdalan gündəlik ünvanlara qısa müddətdə çatmaq imkanına görə ölkənin digər üç şəhərindən öndə qərarlaşıb.

Elpress.az xəbər verir ki, Friendly City Index (FCI) çərçivəsində aparılan araşdırmada Bakı, Sumqayıt, Xırdalan və Gəncənin gündəlik nəqliyyat əlçatanlığı qiymətləndirilib.

Sorğunun nəticələrinə əsasən, Xırdalanda respondentlərin 27 faizi gündəlik getdikləri ünvanlara 15 dəqiqə ərzində çata bildiyini bildirib. Bakıda bu göstərici 14 faiz, Sumqayıt və Gəncədə isə 13 faiz olub.

Araşdırmada istifadə olunan “15 dəqiqəlik şəhər” konsepsiyası sakinlərin iş, təhsil, alış-veriş, səhiyyə və istirahət kimi gündəlik ehtiyaclarını yaşadıqları əraziyə yaxın məsafədə qarşılaya bilməsini nəzərdə tutur. Məqsəd uzunmüddətli səfərləri azaltmaq və şəhər həyatını daha əlçatan etməkdir.

Azərbaycan üzrə ümumi nəticələrə görə, iştirakçıların 40 faizi gündəlik səfərlərinə təxminən 30 dəqiqə sərf etdiyini qeyd edib. Respondentlərin 14,6 faizi 15 dəqiqəlik məsafədə olduqlarını, təxminən hər on nəfərdən biri isə yolda 45-60 dəqiqə keçirdiyini bildirib.

Beynəlxalq müqayisədə Xorvatiyanın Pula və Latviyanın Ogre şəhərləri 60 faizlik nəticə ilə ilk sırada yer alıb. Estoniyanın Kohtla-Yarve şəhərində isə bu göstərici 56 faiz təşkil edib.

Sorğuda yaş və məşğulluq vəziyyətinə görə də fərqlər müəyyənləşib. 18-24 yaşlı iştirakçıların hər beş nəfərindən biri gündəlik ünvanlarına 15 dəqiqə ərzində çatdığını bildirib.

Bolt-un Azərbaycandakı ictimaiyyətlə əlaqələr üzrə meneceri Nigar Kazımova qeyd edib ki, indeksin reytinqləri sakinlərin eyni suallara verdiyi cavablar əsasında formalaşdırılır. Onun sözlərinə görə, layihənin əsas məqsədi şəhər sakinlərinin təcrübəsini daha geniş auditoriyaya çatdırmaqdır.

Qeyd edək ki, Friendly City Index araşdırması 2025-ci ildə 9 ölkənin 54 şəhərini əhatə edib. 2026-cı ildə isə coğrafiyası 11 ölkə və 62 şəhərə qədər genişləndirilib. Azərbaycan şəhərləri layihəyə ilk dəfə bu il daxil edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Anar Bayramov beynəlxalq konfransda iştirak edib

Next Article

Kamran İmanov 80 illik yubileyi ərəfəsində ordenlə təltif edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ədliyyə Nazirliyində sahibkarlarla biznesin inkişafı müzakirə olunub.

Aysel Əlibəyli 25 May 2026 · 12:13 1183 baxış Ədliyyə Nazirliyində keçirilən görüşdə sahibkarlarla biznesin inkişafı və perspektiv istiqamətlər geniş şəkildə müzakirə edilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Ədliyyə Nazirliyinin inzibati binasında sahibkarlarla görüş […]

İcmal büdcənin gəlirləri 28,8 milyard manata çatıb

Aysel Əlibəyli 10 Avqust 2026 · 18:40 1080 baxış İlin ilk 7 ayında icmal büdcədə 5,1 milyard manatdan çox fərq yaranıb Elpress.az xəbər verir ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın icmal büdcəsinin gəlirlərində yüksək göstərici […]

Bakıda ilk kazino 2027-ci ilin mayında açılacaq

Aysel Əlibəyli 24 Oktyabr 2026 · 14:44 1080 baxış Xəzər dənizinin Azərbaycan sektorunda, “Sea Breeze” ərazisində inşa edilən “Royale Casino”nun gələn ilin mayında fəaliyyətə başlaması planlaşdırılır. Elpress.az xəbər verir ki, bu barədə layihənin təsisçisi və […]