Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov dövlət mükafatına layiq görülüb.
Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Kamran Sultan oğlu İmanovun “Şərəf” ordeni ilə təltif olunması barədə Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə, eləcə də əqli mülkiyyət hüquqları sahəsinin inkişafındakı xidmətlərinə görə mükafatlandırılıb.
Qeyd edək ki, Kamran İmanovun noyabrın 5-də 80 yaşı tamam olacaq.


