--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycan və Türkmənistan arasında konsulluq görüşü keçirilib

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 17:03 1066 baxış

İki ölkə vətəndaşlarının hüquqlarının qorunması və viza rejiminin sadələşdirilməsi müzakirə olunub

Elpress.az xəbər verir ki, Sentyabrın 2-də Aşqabad şəhərində Azərbaycan və Türkmənistan xarici işlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.Görüşdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Türkmənistan nümayəndə heyətinə isə Konsulluq xidmətləri idarəsinin rəhbəri Dövlətirat Muratov rəhbərlik edib.Məsləhətləşmələrdə Türkmənistanın Daxili İşlər Nazirliyi, Miqrasiya xidməti və Baş Prokurorluğunun nümayəndələri, həmçinin Azərbaycanın Daxili İşlər Nazirliyinin rəsmisi və ölkəmizin Türkmənistandakı səfirliyinin əməkdaşları iştirak ediblər.Danışıqlar zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb.Tərəflər Azərbaycan və Türkmənistan vətəndaşlarının hüquq və maraqlarının qorunması məsələlərini nəzərdən keçirib, tətbiq olunan viza rejimlərinin sadələşdirilməsi imkanlarını müzakirə ediblər.Görüşdə həmçinin daxili işlər, vətəndaşlıq, miqrasiya, ədliyyə, təhsil və digər mühüm sahələrdə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.Məsləhətləşmələrin yekununda nümayəndə heyətlərinin rəhbərləri görüşün protokolunu imzalayıblar. Növbəti konsulluq məsləhətləşmələrinin gələn il Bakıda keçirilməsi barədə razılıq əldə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hacıqabulda çoban odlu silahdan açılan atəş nəticəsində ölüb

Next Article

“Real”ın müdafiəçisi sərxoş halda avtomobil idarə edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:58 1066 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib. Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını […]

Zelenskidən Azərbaycanla bağlı bəyanat

Aysel Əlibəyli 04 Avqust 2026 · 14:02 1076 baxış Volodimir Zelenski: “Müstəqil Azərbaycanla güclü münasibətlər qurmalıyıq” Elpress.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədiklərini bəyan edərək, müstəqil Azərbaycanla […]