--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Naxçıvanın Bakıdakı nümayəndəliyində maliyyə yoxlaması

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 23:07 1070 baxış

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində son 12 ili əhatə edən maliyyə yoxlamasına başlanılıb. Yoxlamanın nümayəndəliyin əvvəlki rəhbərliyi dövrünü də əhatə etdiyi bildirilir.

Elpress.az xəbər verir ki, maliyyə nəzarəti tədbirləri barədə məlumatı “Unikal” yayıb. Məlumata görə, araşdırılan dövr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun rəhbərliyi dönəminə də təsadüf edir.

Bəxtiyar Hüseynalı oğlu Əsgərov 2014-cü ilin fevralından 2026-cı ilin sentyabrınadək nümayəndəliyə rəhbərlik edib. O, sentyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə vəzifəsindən azad edilib.

Hazırda aparılan yoxlamanın hansı nəticələrə səbəb olacağı və araşdırma çərçivəsində hər hansı maliyyə pozuntusunun müəyyən edilib-edilmədiyi barədə əlavə rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, 2026-cı ilin iyulunda qanunvericiliyə edilmiş dəyişikliklərlə Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasının büdcəsi ilə bağlı audit və rəyvermə səlahiyyətləri də müəyyənləşdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Aqil Ələsgər Qazaxıstanda ordenlə təltif edildi

Next Article

“Cəbrayıl bizimdir!” – 4 oktyabr Azərbaycanın yaddaşına yazılan tarixi gün

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan–Aİ Prioritetləri Razılaşdırıldı

Aysel Əlibəyli 03 İyun 2026 · 18:21 1190 baxış Bakıda 2-3 iyun tarixlərində Azərbaycan və Avropa İttifaqı nümayəndələri yeni hərtərəfli saziş layihəsi və 2026-2030-cu illər üçün nəzərdə tutulan Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparıblar. Elpress.az-ın […]

Yasamalda dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Aysel Əlibəyli 23 İyun 2026 · 17:24 1128 baxış Dövlət qulluqçularının peşə bayramı münasibətilə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən silsilə anım və tədbirlər keçirilib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Tədbir çərçivəsində rayon rəhbərliyi və […]