--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Paşinyan Ermənistana keçən azərbaycanlı çobanın qaytarılacağını bildirib

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 13:46 1036 baxış

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə ərazisinə keçən Azərbaycan vətəndaşının Azərbaycana qaytarılacağını açıqlayıb.

Elpress.az xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında həmin şəxsin sərhədi keçdikdən sonra Ermənistan hərbçiləri tərəfindən aşkarlandığını və Milli Təhlükəsizlik Xidmətinə təhvil verildiyini deyib.

“Bu şəxs sərhədi keçib, hərbçilər onu aşkar edərək Milli Təhlükəsizlik Xidmətinə təhvil veriblər. O, Respublika meydanında saxlanılmayıb. Sərhədi keçib və biz onu qaytarmalıyıq”, – deyə Ermənistanın baş naziri bildirib.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti oktyabrın 19-da saat 17:50-də 1968-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Yaşar İli oğlu Qasımovun Tavuş vilayəti istiqamətindən ölkə ərazisinə keçdiyini açıqlamışdı. Qurum onun Azərbaycana qaytarılması üçün müvafiq tədbirlərin görüldüyünü də bildirmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması üçün yeni tarix açıqlayıb

Next Article

Bakı Metropolitenində yeni təyinatlar olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan-Türk dünyası əlaqələri yeni mərhələdə

Aysel Əlibəyli 30 İyul 2026 · 17:04 1082 baxış Azərbaycanın Türk dövlətləri ilə münasibətləri müttəfiqlik səviyyəsində inkişaf edir Elpress.az xəbər verir ki, Azərbaycanın Türk dövlətləri və Mərkəzi Asiya ölkələri ilə əlaqələri son illərdə yeni inkişaf […]

Aİ Azərbaycana sülh prosesində dəstək yollarını müzakirə edir

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 15:14 1072 baxış Maqdalena Qrono: Minatəmizləmə və mədəni irsin qorunması əsas istiqamətlərdəndir Elpress.az xəbər verir ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycanın sülh prosesində Aİ-nin […]

Azərbaycanın Çin və ŞƏT məkanı ilə əməkdaşlıq imkanları artır

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:58 1062 baxış Deputat: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri Azərbaycanın çoxşaxəli xarici siyasətinin mühüm istiqamətlərindən […]

İlham Əliyev Kambocanın Baş naziri ilə görüşüb

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 11:10 1072 baxış Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Maneti qəbul edib. Elpress.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında münasibətlərin […]