--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Sabiq məmurların cəzası azaldıldı: 8 gün sonra azadlığa çıxa bilərlər

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 16:07 1050 baxış

Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsləri Nadir Muradov və Qafar Abdullayevin həbs müddəti üç ay azaldılıb. Onların cəza müddəti başa çatdığı üçün təxminən bir həftə sonra azadlığa buraxılmaları gözlənilir.

Elpress.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi hər iki şəxsin şikayətini qismən təmin edərək əvvəlki hökmü dəyişib. Birinci instansiya məhkəməsinin qərarı ilə 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilən sabiq məmurların cəzası 1 ilə endirilib.

Nadir Muradov Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini, Qafar Abdullayev isə qurumun təsərrüfat şöbəsində rəhbər vəzifəni icra edən şəxs olub. Onlar məhkəmənin hökmü ilə vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə təqsirli biliniblər.

Hər iki şəxs 2025-ci il oktyabrın 31-dən həbsdədir. Cəza müddətinin hesablanması nəzərə alınmaqla, onların 8 gün sonra azadlığa çıxacağı bildirilir.

Xatırladaq ki, 2025-ci ilin noyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Baş Prokurorluğun açıqlamasına görə, araşdırma rayon ərazisində torpaq sahələri ilə bağlı sənədləşmə və mülkiyyət hüquqlarının qeydiyyatı müqabilində ayrı-ayrı şəxslərdən rüşvət alınması şübhələri ilə əlaqədar aparılıb. İş üzrə bir neçə vəzifəli şəxs barəsində cinayət işi başlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

Next Article

Qara dənizdə hücuma məruz qalan gəmidəki bütün azərbaycanlılar xilas edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gəncədə avaralıq və dilənçiliklə məşğul olan 46 nəfər saxlanılıb

Aysel Əlibəyli 10 Avqust 2026 · 11:59 1082 baxış Gəncənin Atatürk prospektində sakinlərin narahatlığına DİN-dən cavab: Ötən həftə 46 nəfər saxlanılaraq rayonlarına göndərilib Elpress.az xəbər verir ki, Gəncə şəhərinin Atatürk prospektində bəzi şəxslərin vətəndaşlara yaxınlaşaraq […]

Zaqatalada yeraltı təkan qeydə alınıb

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 16:04 1080 baxış Zaqatala ərazisində yerli vaxtla saat 14:51-də zəlzələ baş verib. Yeraltı təkanın maqnitudası 4,1 olaraq müəyyən edilib. Elpress.az xəbər verir ki, məlumat Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən […]

Goradildə dənizdə batmaq təhlükəsi yaşayan şəxs xilas edilib

Aysel Əlibəyli 30 İyul 2026 · 17:14 1076 baxış FHN əməkdaşları Goradil sahilində bir nəfəri boğulmaqdan xilas edib Elpress.az xəbər verir ki, Abşeron rayonunun Goradil sahilində çimən şəxs dənizdə batmaq təhlükəsi ilə üzləşib.Hadisə “Goradil” sularda […]

Bağçada uşağın döyülməsi iddiasına rəhbərlikdən cavab

Aysel Əlibəyli 31 İyul 2026 · 12:02 1062 baxış Sumqayıtdakı bağçada uşağın müəllim tərəfindən döyüldüyü iddia olunur: rəhbərlik açıqlama verdi Elpress.az xəbər verir ki, Sumqayıtda fəaliyyət göstərən “Nauka Tədris Mərkəzi” adlı özəl məktəbəqədər təhsil müəssisəsində […]