--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Kompani məşq zamanı huşunu itirdi

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 22:08 1018 baxış

“Bavariya”nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.

Elpress.az xəbər verir ki, oktyabrın 23-də baş verən hadisə zamanı belçikalı mütəxəssis klubun ikinci komandasının məşqini izləyərkən huşunu itirib. O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb.

Klubun açıqlamasına görə, Kompani tibbi müayinədən keçirilir və həkim nəzarətində qalacaq. Müvəqqəti olaraq məşq və oyunlarla bağlı işləri onun məşqçi heyəti idarə edəcək. “Bavariya”nın idman direktoru Maks Eberl bildirib ki, baş məşqçinin sağlamlığı klub üçün əsas prioritetdir və onun sağalması üçün lazımi tibbi dəstək göstərilir.

40 yaşlı mütəxəssis son günlər virus infeksiyasından əziyyət çəkib. Səhhətindəki problemlər səbəbindən bəzi məşqləri buraxan Kompani həftə ərzində komandanın media tədbirlərində də iştirak etməyib.

O, oktyabrın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində “Arsenal”a qarşı keçirilən oyunda komandasının başında olub. Münhendəki “Allianz Arena”da baş tutan qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Kompaninin xəstəxanada ətraflı müayinədən keçəcəyi və tibbi nəzarətdə qalacağı bildirilib. Hadisənin virus infeksiyası ilə birbaşa əlaqəsi barədə isə rəsmi təsdiq verilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Polşada Azərbaycan diasporundan yeni əməkdaşlıq addımı

Next Article

“Naxçıvan” “Sabah”ı məğlub edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Turan Tovuz” iki futbolçu ilə yollarını ayırdı

Aysel Əlibəyli 20 İyun 2026 · 20:04 1144 baxış “Turan Tovuz” Tural Bayramlı və Sergey Samokla vidalaşıb. “Turan Tovuz” klubu heyətində dəyişiklik edib. Bölgə təmsilçisi iki futbolçu ilə yollarını ayırdığını açıqlayıb.Tural Bayramlı və Sergey Samok […]

DÇ-2026: ABŞ turnirdə ilk matçına çıxır

Aysel Əlibəyli 12 İyun 2026 · 19:39 1126 baxış DÇ-2026: B qrupunun oyunlarına start verilir DÇ-2026: ABŞ Paraqvaya qarşı ilk sınağına çıxır ⚽Ev sahibi ölkələrdən biri olan ABŞ milli komandası turnirdə ilk oyununu Paraqvay yığmasına […]

“Qarabağ” braziliyalı yarımmüdafiəçini heyətinə qatıb

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:40 1070 baxış Ağdam klubu Dieqo Rosanı APOEL-dən birillik icarə əsasında transfer edib Elpress.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.Ağdam təmsilçisi Kiprin APOEL klubu […]