Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüş keçirib.
Elpress.az xəbər verir ki, MHP-nin rəsmi “X” hesabında görüşlə bağlı paylaşım edilib. Partiyanın yaydığı məlumatda Azərbaycanın Ankaradakı səfiri Rəşad Aslanovun Dövlət Bağçalıya səfər etdiyi bildirilib. Görüşün məzmunu və müzakirə olunan məsələlər barədə isə əlavə məlumat açıqlanmayıb.


