--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Gürcüstanda Dito Çubinidze barəsində iki aylıq həbs qərarı verilib

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 23:44 1016 baxış

Gürcüstanda “Asaval-Dasavali” qəzetinin jurnalisti Domenti (Dito) Çubinidze barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Elpress.az xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsi prokurorluğun vəsatətini təmin edib. Qərarı hakim Eka Barbadze qəbul edib. Məhkəmə iclasında iştirak edən jurnalist ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.

Çubinidze dövlətə xəyanət və təxribat ittihamları ilə oktyabrın 22-də saxlanılıb. İstintaqın iddiasına görə, o, 2026-cı ilin fevralından etibarən müxtəlif media vasitələri və sosial platformalarda Gürcüstanın Baş nazirinin gizli razılaşma əsasında David Qareci (Keşikçidağ) monastır kompleksinin bir hissəsini Azərbaycana verməsi barədə məlumatlar yayıb.

Gürcüstan Baş Prokurorluğu həmin iddiaları həqiqətə uyğun olmayan məlumatlar kimi qiymətləndirir. İttihamlar sübuta yetirilərsə, jurnalisti dörd ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xankəndidə rəqəmsal idarəetmə forumu keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Haluk Levent barəsində saxlanılma qərarı verildi

Aysel Əlibəyli 12 İyul 2026 · 20:53 1130 baxış Türkiyədə Ahbap Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış müğənni Haluk Levent haqqında saxlanılma qərarı çıxarılıb. Elpress.az xəbər verir ki , İstanbul Respublika Baş Prokurorluğunun Ahbap […]

Himalaylarda uçqun olub, 14 nəfər itkin düşüb

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 15:40 1072 baxış Himlunq-Himal ərazisində düşərgəyə uçqun düşüb Elpress.az xəbər verir ki, Himalay dağlarının Himlunq-Himal dağı ərazisində düşərgələrdən birinin üzərinə uçqun düşüb. Hadisə nəticəsində ən azı 14 Nepal vətəndaşının […]