--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azərbaycanlı alim Almaniyada professor oldu

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 21:54 1050 baxış

Azərbaycanlı tədqiqatçı Nicat Mehdiyev Almaniyanın Leypsiq Universitetində intellektual informasiya sistemləri və prosesləri istiqaməti üzrə professor vəzifəsini icra etməyə başlayıb.

Elpress.az xəbər verir ki, universitetin İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsinin rəsmi məlumatına əsasən, Mehdiyev bu vəzifəyə 2026-cı il oktyabrın 1-dən başlayıb. O, eyni zamanda Almaniya Süni İntellekt Tədqiqat Mərkəzində (DFKI) informasiya sistemləri üzrə şöbə meneceri və aparıcı elmi işçi kimi fəaliyyət göstərib. Universitetdəki yeni vəzifəsi ilə əlaqədar mərkəzdəki işindən müvəqqəti ayrılıb.

Nicat Mehdiyevin elmi araşdırmalarının əsas istiqamətlərini izah edilə bilən süni intellekt, proseslərin təhlili və insan mərkəzli süni intellekt texnologiyaları təşkil edir. Bu sahələrdə onun tədqiqatları mürəkkəb proseslərin proqnozlaşdırılması, məlumatlar əsasında qərarların verilməsi və süni intellekt nəticələrinin daha anlaşıqlı olmasına yönəlib.

Alim ali təhsilini Almaniyanın Zigen Universitetində informasiya sistemləri üzrə alıb. Daha sonra Münhen Texniki Universiteti və Auqsburq Universitetinin birgə magistr proqramını fərqlənmə ilə bitirib. Saarland Universitetində doktorluq dissertasiyasını izah edilə bilən süni intellektin proqnostik proses təhlilində tətbiqinə həsr edib.

Mehdiyev elmi fəaliyyəti ilə yanaşı, Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin forumlarında da iştirak edib, süni intellekt mövzusunda təqdimatlarla çıxış edib və panel müzakirəsinə moderatorluq edib.

Qeyd edək ki, Leypsiq Universitetinin açıqlamasında alimin yeni vəzifəsi professorluğun müvəqqəti icrası kimi təqdim olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rəşad Aslanov Dövlət Bağçalı ilə görüşüb

Next Article

Polşada Azərbaycan diasporundan yeni əməkdaşlıq addımı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Marneulidə azərbaycanlı şagirdlər üçün tarixi tədbir keçirilib

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 20:10 1064 baxış Gürcüstanın Marneuli şəhərindəki Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar maarifləndirici görüş təşkil olunub. Elpress.az xəbər verir ki, tədbirdə şagirdlərə […]

Edinburqda Azərbaycan Müstəqilliyinin Bərpası Günü qeyd olunub

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 21:12 1052 baxış Böyük Britaniyanın Edinburq Universitetində azərbaycanlı tələbələr ölkəmizin Müstəqilliyinin Bərpası Gününə həsr olunan tədbir keçiriblər. Elpress.az xəbər verir ki, Azərbaycan Tələbə Cəmiyyətinin təşkil etdiyi görüşdə universitetin tələbələri […]

Bolqarıstanda Anım Günü qeyd olunub

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:50 1078 baxış Azərbaycanın Bolqarıstandakı səfirliyində şəhidlərin xatirəsi yad edilib Elpress.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın Bolqarıstandakı səfirliyində tədbir təşkil olunub. Tədbirin əvvəlində […]