--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Aİ Azərbaycana sülh prosesində dəstək yollarını müzakirə edir

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 15:14 1056 baxış

Maqdalena Qrono: Minatəmizləmə və mədəni irsin qorunması əsas istiqamətlərdəndir

Elpress.az xəbər verir ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycanın sülh prosesində Aİ-nin mümkün dəstəyi ilə bağlı müzakirələrin aparıldığını bildirib.Qrono diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində jurnalistlərə açıqlamasında qeyd edib ki, hazırda Azərbaycan hökumətinə, ölkəyə və xalqa sülhə doğru gedən prosesdə ən yaxşı şəkildə necə dəstək göstərilə biləcəyi müzakirə olunur.Onun sözlərinə görə, sülh prosesi tərəflərin rəhbərliyi ilə həyata keçirilir və Aİ bu yanaşmaya hörmət edir. Bununla yanaşı, qurum hər iki hökumətə və ölkəyə praktiki istiqamətlərdə dəstək göstərməyə hazırdır.Aİ nümayəndəsi xüsusilə minatəmizləmə sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu istiqamətdə görülən işlər insanların təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün əlverişli şəraitin yaradılmasına kömək edir.Qrono həmçinin münaqişənin nəticələrinin aradan qaldırılması ilə bağlı bir sıra məsələlərin həllini gözlədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, mədəni və tarixi irsin qorunması da davamlı sülhün təmin edilməsində mühüm amillərdən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda ərini öldürən qadına 12 il həbs cəzası verilib

Next Article

Gürcüstanda əcnəbilər universitetlərə imtahansız qəbul oluna biləcəklər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev və Vladimir Putin Türkmənbaşıda söhbət ediblər

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 13:39 1058 baxış Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində görüşüblər. Elpress.az xəbər verir ki, oktyabrın 9-da Türkmənbaşı şəhərində […]

ABŞ neftlə bağlı yeni proqnoz açıqladı

Aysel Əlibəyli 10 İyun 2026 · 12:17 1134 baxış ABŞ-nin Enerji İnformasiya Administrasiyası (EIA) neft qiymətləri ilə bağlı yenilənmiş proqnozunu təqdim edib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, qurumun qiymətləndirməsinə əsasən, 2026-cı ildə “Brent” markalı […]

Fərid Şəfiyev Mərkəzin İdarə Heyətinin sədri təyin edilib

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 20:30 1056 baxış Elpress.az xəbər verir ki, Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Bununla bağlı Prezident tərəfindən müvafiq sərəncamlar […]