--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Emin Əmrullayev: Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yüksəkdir

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 16:38 1026 baxış

Elm və təhsil naziri Emin Əmrullayev qızların təhsil imkanlarının genişləndirilməsinin həm onların gələcək həyatına, həm də cəmiyyətin inkişafına təsir etdiyini bildirib.

Elpress.az xəbər verir ki, nazir bu fikirləri “Qızların Təhsilinə Dəstək” layihəsinin beşilliyinə və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin yaradılmasının 125-ci ildönümünə həsr olunan tədbirdə səsləndirib.

Əmrullayevin sözlərinə görə, anası ali təhsilli olan şagirdlərin təlim nəticələri anası daha aşağı təhsil səviyyəsinə malik şagirdlərlə müqayisədə daha yüksək olur. O, təhsilin təsirinin yalnız bir insanın həyatını dəyişməklə məhdudlaşmadığını, gələcək nəsillərə də yayıldığını vurğulayıb.

Nazir qeyd edib ki, beynəlxalq qiymətləndirmələrdə ibtidai siniflərdə qızlar, bir qayda olaraq, oğlanlardan daha yüksək nəticələr göstərsələr də, 15 yaşlı şagirdlərin göstəricilərində mənzərə dəyişir. Onun fikrincə, bu fərqin səbəblərindən biri qızların sosial həyatında qarşılaşdıqları məhdudiyyətlərdir.

Əmrullayev texnoloji ixtisaslara qəbul olunan qızların sayında artımın müşahidə edildiyini də bildirib. O, qızların müstəqil böyüməsinin, sərbəst qərar verməsinin və cəmiyyətdə bərabərhüquqlu iştirakının vacibliyini vurğulayıb.

Nazirin sözlərinə görə, qadınların təhsil, iqtisadiyyat və digər sahələrdə iştirakının genişləndirilməsinin ən təsirli yollarından biri təhsildir. Bu prosesin ibtidai siniflərdən başlayaraq ali təhsil mərhələsinədək davam etməsi vacibdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakı Metropoliteninin sədrinə yeni müavin təyin edilib

Next Article

Kəmaləddin Heydərova yeni köməkçi təyin olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda qripə qarşı vaksinasiya başlayır

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 21:58 1032 baxış Azərbaycanda 2026–2027-ci illərin payız-qış mövsümü üçün mövsümi qripə qarşı peyvəndləmə kampaniyasına oktyabrın 21-dən başlanılması nəzərdə tutulur. Elpress.az xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, əhalinin qrip […]

Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçildi

Aysel Əlibəyli 16 Oktyabr 2026 · 12:30 1154 baxış Azərbaycan Mətbuat Şurasının rəhbərliyində dəyişiklik olub. Vüqar Zifəroğlu jurnalistlərin IX qurultayında qurumun sədri seçilib. Elpress.az xəbər verir ki, qurultayda Mətbuat Şurasının İdarə Heyətinin qərarı ilə Vüqar […]

Abşeron Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib

Aysel Əlibəyli 19 Oktyabr 2026 · 10:47 1068 baxış Abşeron Rayon Mərkəzi Xəstəxanasının rəhbər heyətində dəyişiklik olub. Tibb müəssisəsinə yeni baş həkim təyin edilib. Elpress.az xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramovun imzaladığı əmrə […]

Məktəblərdə yeni maliyyələşmə sistemi tətbiq ediləcək

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 00:21 1078 baxış Elpress.az xəbər verir ki, dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi nəzərdə tutulur. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2026–2027-ci tədris ilindən etibarən dövlət büdcəsindən […]