--:--:-- | 03 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycan və Rumıniya strateji tərəfdaşlığın inkişafını müzakirə edib

Aysel Əlibəyli 18 İyun 2026 · 18:54 1080 baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rumıniya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Marius-Qabriel Lazurka arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

18 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rumıniya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Marius-Qabriel Lazurka ilə görüş keçirib. Görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.Tərəflər son illərdə həyata keçirilən yüksək səviyyəli səfərlərin və intensiv siyasi dialoqun iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verdiyini qeyd ediblər. Həmçinin ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyəti ikitərəfli əməkdaşlığın genişləndirilməsində vacib platforma kimi qiymətləndirilib.Görüşdə enerji sahəsi Azərbaycan–Rumıniya münasibətlərinin əsas istiqamətlərindən biri kimi xüsusi vurğulanıb. Bununla yanaşı, yaşıl enerji və alternativ enerji mənbələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Nəqliyyat, kommunikasiya, təhsil və əczaçılıq kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi, eləcə də qarşılıqlı investisiyaların təşviqi məsələləri diqqət mərkəzində olub.Nazir Ceyhun Bayramov Azərbaycanın əlverişli investisiya mühiti və regionda artan iqtisadi imkanları barədə məlumat verib. O, xüsusilə Ələt Azad İqtisadi Zonasında yaradılan şəraitin xarici investorlar üçün mühüm imkanlar açdığını vurğulayıb.Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Fatih Birol: Neft qiymətlərində eniş ehtimalı artır

Next Article

FHN əməkdaşları göz qapağına ilişən zəncirbəndi çıxarıblar

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zakir Həsənov Səlcuq Bayraktarla görüşdü

Aysel Əlibəyli 10 İyul 2026 · 12:25 1064 baxış Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkədə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Elpress.az xəbər […]

Hikmət Hacıyev Fransa ilə əlaqələrin gələcəyini müzakirə etdi

Aysel Əlibəyli 25 İyun 2026 · 16:15 1048 baxış Azərbaycan və Fransa arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional proseslər və qarşılıqlı maraq doğuran mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb Azərbaycan və Fransa arasında siyasi […]

Şuşa Bəyannaməsi qardaşlığın sarsılmaz simvoludur

Aysel Əlibəyli 15 İyun 2026 · 15:27 1082 baxış 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında münasibətlərin yeni […]

Bu gün Beynəlxalq Parlamentarizm Günüdür

Aysel Əlibəyli 30 İyun 2026 · 16:17 1056 baxış Elpress.az xəbər verir ki, hər il iyunun 30-u dünyada Beynəlxalq Parlamentarizm Günü kimi qeyd olunur. Bu əlamətdar gün 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci […]