--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Bahar Muradova dövlət qurumlarına çağırış edib

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 17:28 1018 baxış

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tələbə qızların peşəkar inkişafına dəstək verilməsi üçün dövlət qurumlarını və özəl sektoru əməkdaşlığı genişləndirməyə çağırıb.

Elpress.az xəbər verir ki, Muradova bu fikirləri “Qızların Təhsilinə Dəstək” layihəsinin beşilliyinə və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin 125-ci ildönümünə həsr olunan yubiley tədbirində səsləndirib.

O bildirib ki, Ədliyyə Nazirliyi hüquq ixtisası üzrə təhsil alan 10 tələbə qızı birinci kursdan himayəyə götürərək onların gələcəkdə peşəkar hüquqşünas kimi yetişməsinə və praktiki təcrübə qazanmasına dəstək göstərəcək.

Komitə sədri bu əməkdaşlığın tələbələrin nəzəri biliklərini möhkəmləndirməsinə, hüquq sahəsinin tələblərini daha yaxından öyrənməsinə və gələcək fəaliyyətlərinə hazırlaşmasına kömək edəcəyini vurğulayıb.

Muradova digər dövlət qurumlarını da öz fəaliyyət istiqamətlərinə uyğun dəstək proqramları yaratmağa, ali təhsil müəssisələrini peşəkar inkişaf imkanlarını genişləndirməyə, şirkətləri təcrübə və mentorluq proqramlarına qoşulmağa dəvət edib. O, uğur qazanmış qadınların da bilik və təcrübələrini gənc nəsillə bölüşməsinin əhəmiyyətini qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kəmaləddin Heydərova yeni köməkçi təyin olunub

Next Article

Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İyul ayının pensiyaları ödənildi

Aysel Əlibəyli 23 İyul 2026 · 13:50 1088 baxış Respublika üzrə iyul ayının pensiya ödənişləri tam yekunlaşıb Elpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, respublika üzrə iyul ayının pensiya ödənişləri […]

Sabahdan WUF13 zolaqlarına girən sürücülər cərimələnəcək

Aysel Əlibəyli 14 May 2026 · 18:19 1134 baxış WUF13 tədbiri ilə əlaqədar ayrılan xüsusi hərəkət zolaqlarına sabahdan daxil olan sürücülərə cərimə tətbiq ediləcək. Elpress.az-ın Marja.az-a istinadən verdiyi məlumata əsasən, Birləşmiş Millətlər Təşkilatı-nın Ümumdünya Şəhərsalma […]

Azərbaycan prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd olunur

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 10:50 1084 baxış Elpress.az xəbər verir ki, oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə ölkənin hüquq-mühafizə […]