Elpress.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanda keçirilən “Birliyin Gücü” hərbi təlimindən yeni görüntülər paylaşıb.
Görüntülərdə təlim çərçivəsində hərbi qulluqçuların müxtəlif tapşırıqları yerinə yetirməsi əks olunub.
Qeyd edək ki, Azərbaycanda keçirilən “Birliyin Gücü” birgə hərbi təlimində Azərbaycan, Türkiyə və Özbəkistanın hərbi qüvvələri iştirak edir.
Təlim üç ölkənin hərbi qulluqçuları arasında qarşılıqlı fəaliyyətin və birgə əməliyyat imkanlarının gücləndirilməsinə xidmət edir.


