Bakıda Mərkəzi Klinikada ürək köçürülən xəstə müalicəsini başa vuraraq evə buraxılıb. Əməliyyata tanınmış kardioloq-cərrah Kamran Musayev rəhbərlik edib.
Elpress.az xəbər verir ki, transplantasiya meyit donordan götürülən ürəklə həyata keçirilib.
Kamran Musayev donorun ailəsinə təşəkkür edərək onların qərarının orqan çatışmazlığından əziyyət çəkən bir neçə insana yaşamaq ümidi verdiyini bildirib.
Meyit donorluğu ağır xəstələrin orqan transplantasiyasına çıxışında mühüm rol oynayır. Bununla belə, digər orqanların da köçürülüb-köçürülmədiyi barədə təqdim olunan məlumatda konkret təfərrüat açıqlanmayıb.


