--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

İlham Əliyev İran Prezidentini ad günü münasibətilə təbrik edib

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 15:15 1010 baxış

Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana telefonla zəng edib.


Dövlət başçısı iranlı həmkarını doğum günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.
Məsud Pezeşkian göstərilən diqqətə və xoş arzulara görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
Telefon danışığı zamanı iki ölkə liderləri Bişkekdə baş tutan son görüşlərini xatırlayıb, həmin görüş zamanı müzakirə edilən məsələlər barədə fikir mübadiləsi aparıblar.
Söhbət zamanı Azərbaycan hökumətinin nümayəndə heyətinin hazırda İranda səfərdə olduğu da qeyd edilib. Bildirilib ki, səfər çərçivəsində Azərbaycan-İran münasibətlərinin gündəliyində duran məsələlər ətrafında müzakirələr aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Naxçıvanda bərpaolunan enerjidən elektrik istehsalı 44,6 faiz artıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan XİN Pakistana başsağlığı verib

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:16 1072 baxış Bakı Kohatda məscid və polis kompleksinə hücumu pisləyərək Pakistanla həmrəyliyini bildirib Elpress.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Xayber-Paxtunxva əyalətinin Kohat şəhərində baş verən […]