--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Xoşqədəm Hidayətqızı əkiz övladları ilə efirdə ailəsindən danışıb

Aysel Əlibəyli 05 İyun 2026 · 17:24 1246 baxış

Türkiyəli müğənni Doğuşin qonaq olduğu televiziya proqramında ailəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Verilişə jurnalist Xoşqədəm Hidayətqızı və əkiz övladları Arda ilə Arın videobağlantı vasitəsilə qatılıblar. Elpress.az xeber verirki Canlı yayım zamanı ailədaxili münasibətlərdən danışan Xoşqədəm Hidayətqızı övladlarının təlim-tərbiyəsinə xüsusi həssaslıqla yanaşdığını bildirib. O, uşaqların yalnız yaxşı təhsil almasının deyil, həm də düzgün dəyərlərlə böyüməsinin vacibliyini vurğulayıb.Arda və Arın da efirdə öz maraqlarından söz açıblar. Qardaşlar gündəlik həyatlarında idmana geniş yer ayırdıqlarını, musiqi ilə məşğul olduqlarını və ailələri ilə vaxt keçirməyi sevdiklərini deyiblər.Söhbət əsnasında məlum olub ki, hər iki uşaq fortepiano dərslərinə qatılır və müxtəlif sahələrdə bacarıqlarını inkişaf etdirməyə çalışır.Verilişdə futbol mövzusu da müzakirə olunub. Arda Galatasaray klubuna rəğbət bəslədiyini, Arın isə Fenerbahçe tərəfdarı olduğunu bildirib. Doğuş da sevdiyi komandanın Tractor SC olduğunu qeyd edib.Ailə həyatına dair sualları cavablandıran Xoşqədəm Hidayətqızı həyat yoldaşının diqqətcil və qayğıkeş insan olduğunu söyləyib. Onun sözlərinə görə, Doğuş ailəsinə xoş anlar yaşatmağı və gözlənilməz jestlərlə sevindirməyi sevir.Proqramda yaşanan səmimi dialoq izləyicilərin marağına səbəb olub və sosial şəbəkələrdə geniş müzakirə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rumıniyada liman ərazisində PUA insidenti qeydə alınıb

Next Article

Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun direktoru postundan ayrılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dilarə Əliyeva ARB-də yeni vəzifəyə təyin olundu

Aysel Əlibəyli 24 Oktyabr 2026 · 16:57 1080 baxış Əməkdar artist Dilarə Əliyeva ARB televiziyasında müşavir vəzifəsində çalışacaq. Elpress.az xəbər verir ki, tanınmış aktrisa və aparıcı bir neçə gündür yeni vəzifəsinin icrasına başlayıb. Dilarə Əliyevanın […]

Ronaldo aktyorluq karyerasına başlayır

Aysel Əlibəyli 04 Avqust 2026 · 14:00 1098 baxış Kriştiano Ronaldo aktyor olur: Portuqaliyalı ulduz Britaniya futbolundan bəhs edən dram serialında rol alacaq Elpress.az xəbər verir ki, “Mançester Yunayted”in keçmiş ulduzu Kriştiano Ronaldo karyerasında yeni […]

Ronaldo və Corcina evlənir

Aysel Əlibəyli 04 Avqust 2026 · 13:32 1112 baxış Kriştiano Ronaldo və Corcina Rodrigesin toy mərasiminin vaxtı və yeri məlum olub Elpress.az xəbər verir ki, Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo uzun illərdir birlikdə olduğu Corcina […]