--:--:-- | 30 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

4 illik münasibətə baxmayaraq Bred Pitt evlənmək istəmir

Aysel Əlibəyli 27 İyun 2026 · 20:15 1097 baxış

Bred Pitt və İnes de Ramonun münasibətində gözlənilməz qərar: aktyor nikah planı qurmayıb

Hollivudun məşhur aktyoru Bred Pitt uzun müddətdir birlikdə olduğu zərgərlik dizayneri İnes de Ramon ilə münasibətlərini davam etdirsə də, cütlüyün rəsmi nikaha hazırlaşmadığı bildirilib.Cütlüyə yaxın elpress.az-ın məlumatına əsasən, 33 yaşlı İnes de Ramon Pittin ailəsi ilə çox yaxın münasibət qurmağı bacarıb və aktyorun yaxınları tərəfindən böyük rəğbətlə qarşılanıb. O, ailə tədbirlərində iştirak edir, Pittin qohumları ilə vaxt keçirir və onlarla səmimi əlaqələr yaradıb.Mənbə qeyd edib ki, İnesin ailəyə tam uyğunlaşmasına baxmayaraq, 62 yaşlı Bred Pitt hazırda evlilik barədə plan düşünmür. Cütlüyün münasibətləri davam etsə də, aktyorun rəsmi nikah addımı atmaq niyyətində olmadığı vurğulanıb.Xatırladaq ki, Bred Pitt və İnes de Ramon 2022-ci ildən münasibətdədirlər. Aktyorun keçmiş həyat yoldaşı Ancelina Coli ilə boşanma prosesi 2024-cü ilin dekabrında başa çatıb. İnes de Ramon isə daha əvvəl aktyor Pol Uesli ilə evli olub və onların nikahı 2022-ci ildə sona çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Fərman Həsənov UFC-də uğurlu çıxış edərək qələbə qazandı

Next Article

Azərbaycan üzərindən Ermənistana buğda daşınacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Cristiano Ronaldo Lionel Messiyə dəstək mesajı göndərib

Aysel Əlibəyli 12 Avqust 2026 · 22:02 1060 baxış Ronaldodan Messiyə emosional mesaj: “Sənə və sevdiklərinə bu çətin məqamda bərk-bərk sarılıram, Leo…” Elpress.az xəbər verir ki, Cristiano Ronaldo sosial şəbəkə vasitəsilə Lionel Messiyə dəstək mesajı […]

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışıb

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 14:57 1076 baxış Xalq artisti “Nəyindən narahatsan” mahnısının sözlərini bəyəndiyini və duetə marağın bu qədər böyük olacağını gözləmədiyini deyib Elpress.az xəbər verir ki, Xalq artisti Alim Qasımov müğənni Üzeyir […]

Məşhur komediyaçıdan sürpriz evlilik xəbəri

Aysel Əlibəyli 06 İyun 2026 · 13:26 1174 baxış Türkiyəli məşhur komediyaçı evlilik xəbəri ilə gündəmə gəlib. Elpress.az xəbər verir ki, “Konuşanlar” proqramı ilə tanınan Hasan Can Kaya uzun müddətdir münasibətdə olduğu Duyğu Karabaş ilə […]

Ceki Çan Bakıdadır

Aysel Əlibəyli 04 Avqust 2026 · 13:46 1066 baxış Dünyaca məşhur aktyor Ceki Çan Bakıya gəldi: Sosial şəbəkələrdəki ilkin fotolarda görüntülənən şəxs isə onun dublyoru olub Elpress.az xəbər verir ki, Ekranda döyüş sənətinin canlı əfsanəsi […]