--:--:-- | 15 Avqust 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Tarixi təşəbbüs: Azərbaycan və Türkiyə paxlavanı UNESCO-ya təqdim edir

Aysel Əlibəyli 28 İyun 2026 · 19:26 1133 baxış

Azərbaycan və Türkiyə paxlavanın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün birgə namizədlik təqdim ediblər.

Elpress.az xəbər verir ki, Məlumata görə, müraciətlə bağlı yekun qərarın bu il noyabrın 30-dan dekabrın 5-dək Syamen şəhərində keçiriləcək UNESCO-nun Hökumətlərarası Komitəsinin iclasında qəbul olunacağı gözlənilir.

İki qardaş ölkə məşhur şirniyyatın siyahıya “baklava” və “pakhlava” adları altında daxil edilməsi üçün birgə müraciət edib. Türkiyə rəsmiləri təşəbbüslə bağlı nikbin olduqlarını və UNESCO-nun müsbət qərar verəcəyinə ümid bəslədiklərini bildiriblər.

Məlumata görə, bu addım həm də paxlavanın mənşəyi ilə bağlı müxtəlif ölkələr tərəfindən irəli sürülən iddiaların qarşısının alınmasına və onun ortaq mədəni irs nümunəsi kimi beynəlxalq səviyyədə tanınmasına töhfə verə bilər.

Qeyd edək ki, UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısı xalqların adət-ənənələrinin, mərasimlərinin, sənətkarlıq nümunələrinin və nəsildən-nəslə ötürülən mədəni dəyərlərinin qorunması məqsədilə yaradılıb. Hazırda bu siyahıda dünyanın müxtəlif xalqlarına məxsus 600-dən çox qeyri-maddi mədəni irs nümunəsi yer alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Güclü yağışdan sonra Qəbələyə sel gəldi – yollar keçilməz vəziyyətə düşdü

Next Article

“Hacı Qara” yeni yozumda səhnəyə qayıtdı: klassik komediyada Zəfər ruhu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İan Peart vəfat edib

Aysel Əlibəyli 25 İyul 2026 · 14:46 1034 baxış Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına mühüm töhfələr vermiş İan Peart dünyasını dəyişib. Elpress.az xəbər verir ki, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması istiqamətində uzun illər fəaliyyət göstərən İan Peart […]