--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Güclü yağışdan sonra Qəbələyə sel gəldi – yollar keçilməz vəziyyətə düşdü

Aysel Əlibəyli 28 İyun 2026 · 19:20 1140 baxış

Elpress.az xəbər verir ki, Qəbələ rayonunda yağan intensiv leysan yağışları ciddi fəsadlara səbəb olub. Günorta saatlarından başlayan yağıntılardan sonra rayonun Vəndam qəsəbəsində yerləşən Qara çayda suyun səviyyəsi yüksələrək selə çevrilib.

Sel suları qəsəbənin bir sıra ərazilərinə, o cümlədən yaşayış evlərinin həyətlərinə dolub. Həmçinin kəndin mərkəzində çay sahilində yerləşən məscidin həyəti, bağ sahələri və digər ərazilər selin gətirdiyi lil və palçıqla örtülüb.

Təbii hadisə nəticəsində yeni inşa edilən avtomobil yolunun bir hissəsi də ciddi zərər görərək yararsız vəziyyətə düşüb. Güclü yağış və palçıq kütləsi nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Hazırda ərazidə selin yaratdığı fəsadların aradan qaldırılması, yolların və həyətlərin təmizlənməsi istiqamətində müvafiq qurumlar tərəfindən işlər aparılır. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dünyada ilk: Həkimlər sağalmaz xəstəlikdən əziyyət çəkən uşağın ölümünə kömək etdi

Next Article

Tarixi təşəbbüs: Azərbaycan və Türkiyə paxlavanı UNESCO-ya təqdim edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xaçınçay daşdı: sel həyatı iflic etdi

Aysel Əlibəyli 12 İyun 2026 · 20:06 1120 baxış Elpress.az xəbər verir ki, son günlər yağan aramsız yağışlar Xaçınçay çayında selə səbəb olub. Güclü su axını nəticəsində çayı keçməyə çalışan “Hyundai” markalı avtomobil hərəkətsiz qalaraq […]

Zaur Rzayev xəstəxanaya yerləşdirilib

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 13:38 1036 baxış Xalq artistinin müalicəsi xəstəxananın terapiya şöbəsində davam etdirilir Elpress.az xəbər verir ki, Xalq artisti Zaur Rzayev səhhətində yaranan problemlərlə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.1952-ci il təvəllüdlü […]

Tovuzda ildırım evi yandırdı

Aysel Əlibəyli 19 İyul 2026 · 17:28 1076 baxış Tovuzda ildırımın vurduğu evdə yanğın baş verdi, 10 nəfər zəhərləndi Elpress.az xəbər verir ki, Tovuz rayonunda ildırım çaxması nəticəsində fərdi yaşayış evində yanğın baş verib.Hadisə Yuxarı […]

Balakəndə avtomobil dirəyə çırpılıb: ər-arvad xəsarət alıb

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:01 1048 baxış İdarəetməni itirən sürücü yol kənarındakı radar dirəyinə çırpılıb Elpress.az xəbər verir ki, Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində ər-arvad xəsarət alıb.Qəza Yevlax–Zaqatala–Gürcüstan sərhəd magistral […]