--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azad edilmiş ərazilərdə abidələrə 700 milyon manatdan çox ziyan dəyib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:27 1072 baxış

434 abidəyə dəymiş maddi ziyanın ümumi məbləği 700 milyon 154 min manat qiymətləndirilir

Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərdə yerləşən mədəni irs nümunələrinin inventarlaşdırılması davam etdirilir. Ümumilikdə ərazilərdəki 749 abidədən 575-də inventarlaşdırma işləri aparılıb. Onlardan 196-sı Şuşa şəhərində yerləşir.İnventarlaşdırma zamanı abidələr üzrə çöl tədqiqatları keçirilib, rəqəmsal xəritələr hazırlanıb, foto və dron görüntüləri qeydə alınıb. Həmçinin arxiv sənədləri və digər tarixi mənbələr araşdırılıb.Aparılan monitorinqlər işğal dövründə mədəni irs nümunələrinin ciddi dağıntı və vandalizmə məruz qaldığını göstərib. Məlumata görə, azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb, 115 abidə isə genişmiqyaslı dağıntılara məruz qalıb. Digər abidələr müxtəlif dərəcədə zədələnib.Hazırda 434 abidəyə dəymiş ümumi maddi ziyanın 700 milyon 154 min manat olduğu hesablanır.Dövlət qeydiyyatında olan dini-memarlıq abidələri arasında da ciddi dağıntılar qeydə alınıb. Belə ki, 9 türbə, 3 qəbiristanlıq və 7 məscid tamamilə dağıdılıb. Bundan başqa, 25 məscid, 14 türbə və 2 sərdabə müxtəlif dərəcədə zərər görüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasını yaradıb

Next Article

130 abidənin inventarlaşdırılması hələ başa çatmayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Qarabağın izi – sənətdə yaşayan dəyərlər”

Aysel Əlibəyli 14 May 2026 · 10:40 1151 baxış Xankəndidə “Qarabağın izi – sənətdə yaşadılan dəyərlər” adlı sərgi təşkil olunub. Qarabağ Universitetində “Qarabağın izi – sənətdə yaşayan dəyərlər” adlı təqdimat və sərgi təşkil edilib.Xankəndi şəhəri […]

Tibb işçilərinin əməyinə yüksək qiymət onların məsuliyyətini artırır

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:38 1060 baxış Binəqədi Tibb Mərkəzinin baş tibb bacısı səhiyyə əməkdaşlarına göstərilən diqqətin əhəmiyyətindən danışıb Elpress.az xəbər verir ki, Tibb işçilərinin əməyinin qiymətləndirilməsi və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində […]