--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Şair Nəriman Mehdixanlının 90 illik yubileyi qeyd edildi

Aysel Əlibəyli 24 İyun 2026 · 19:17 1110 baxış

Nəriman Mehdixanlının 90 illik yubileyi: Şairin yaradıcılığına ehtiram göstərildi

Ağstafalı qocaman şair Nəriman Mehdixanlının 90 illik yubileyi münasibətilə tədbir keçirilib.Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağstafa şəhərində yerləşən “Yazıçılar Evi”ndə baş tutan yubiley mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, yubilyarın yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bildirib ki, yaradıcılığında əsasən vətənpərvərlik mövzusuna üstünlük verən Nəriman Mehdixanlının şeirləri oxucular tərəfindən sevilir və onun ədəbi irsi gələcək nəsillər üçün də dəyərli mənbə olaraq qalacaq.Yubiley gecəsində şairin həyat və yaradıcılığından geniş bəhs olunub, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələr diqqətə çatdırılıb. Şair və yazıçılar tərəfindən yubilyarın əsərlərindən seçilmiş nümunələr səsləndirilib, aşıqlar isə onun sözlərinə bəstələnmiş saz havalarını ifa ediblər.Qeyd olunub ki, 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Nəriman Mehdixanlının “Ürəklərdə iz salam”, “Bənövşə ömrü yaşayırıq”, “Ana təbiətdir ilham mənbəyim”, “Ellər, sözüm əmanət” və digər şeir kitabları oxuculara təqdim olunub.Sonda Nəriman Mehdixanlı mədəniyyət və sənət adamlarına göstərilən diqqətə görə təşəkkürünü bildirib. O, Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələri ilə təltif olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Əsmər Nərimanbəyovanın fərdi sərgisi böyük maraqla qarşılanıb

Next Article

Azərbaycan HDQ-də Pakistan nümayəndə heyəti ilə təhlükəsizlik görüşü keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ağdam və Xocavənddə sakinlər üçün konsert proqramları təşkil olunub

Aysel Əlibəyli 08 Avqust 2026 · 22:38 1072 baxış Elpress.az xəbər verir ki, Ağdam şəhərində və Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər keçirilib. Tədbirlər çərçivəsində konsert proqramları təqdim […]

Xalq artisti Sərvər Qəniyevin xatirəsi anılır

Aysel Əlibəyli 05 Avqust 2026 · 12:52 1064 baxış Bu gün görkəmli skripkaçı, dirijor, Xalq artisti Sərvər Qəniyevin anadan olmasının 89-cu ildönümü qeyd olunur. Elpress.az xəbər verir ki, Azərbaycan musiqi sənətinin tanınmış nümayəndələrindən olan Sərvər […]

Laçında beynəlxalq film festivalı başladı

Aysel Əlibəyli 24 Avqust 2026 · 16:34 1052 baxış Laçın şəhərində Beynəlxalq Film Festivalının (Lachin International Film Festival – LIFF) açılışı olub. Elpress.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin məlumatına əsasən, “Where Film Meets LIFE” şüarı […]

Əsmər Nərimanbəyovanın fərdi sərgisi böyük maraqla qarşılanıb

Aysel Əlibəyli 24 İyun 2026 · 19:14 1134 baxış Acarıstan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Batumi İncəsənət Muzeyində Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın yaradıcılığına həsr olunmuş “Rənglər simfoniyası” adlı fərdi sərginin açılışı […]