--:--:-- | 12 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Laçında beynəlxalq film festivalı başladı

Aysel Əlibəyli 24 Avqust 2026 · 16:34 1070 baxış

Laçın şəhərində Beynəlxalq Film Festivalının (Lachin International Film Festival – LIFF) açılışı olub.

Elpress.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin məlumatına əsasən, “Where Film Meets LIFE” şüarı ilə keçirilən festival avqustun 27-dək davam edəcək.Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə təşkil olunan beynəlxalq film festivalı regionun mədəni həyatında mühüm hadisə kimi diqqət çəkir.Festivalda nümayiş üçün 47 ölkədən 300-ə yaxın film təqdim edilib. Onlardan 38-i əsas proqrama seçilib. Tədbir çərçivəsində Azərbaycan kinosunun gənc nümayəndələrinin ərsəyə gətirdiyi 18 yerli film də tamaşaçılara təqdim olunacaq.Müsabiqənin 7 qalib filmi festivalın rəsmi mükafatı olan “Qızıl Palıd Budağı” ilə təltif ediləcək.Festivalın keçirilməsində əsas məqsədlər Azərbaycan kinematoqrafçılarının beynəlxalq kino mühiti ilə əlaqələrini genişləndirmək, müxtəlif ölkələrdən olan kino mütəxəssislərini bir araya gətirmək və yeni yaradıcı əməkdaşlıqlara şərait yaratmaqdır.

Təşkilatçılar həmçinin Laçının beynəlxalq kino və yaradıcı sənaye mərkəzlərindən birinə çevrilmək potensialını nümayiş etdirməyi hədəfləyirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AzTU-da ikinci təhsil almaq istəyənlərə şans

Next Article

Şəhərətrafı qatarların cədvəli dəyişdirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Milli İncəsənət Muzeyində yeni fotosərgi açılıb

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 20:22 1070 baxış Azərbaycan Milli İncəsənət Muzeyində media nümayəndələri üçün təşkil olunan press-tur çərçivəsində muzeyin fəaliyyəti, kolleksiyası və yeni layihələri təqdim edilib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın […]

Şəfiqə Məmmədova: Kino sahəsində inkişaf var

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:18 1052 baxış Xalq artisti Azərbaycan Kinematoqrafçılar İttifaqında qarşıdakı fəaliyyətindən danışıb Elpress.az xəbər verir ki, Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilməsindən sonra qarşıdakı fəaliyyət planları barədə […]