--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Xalq artisti Sərvər Qəniyevin xatirəsi anılır

Aysel Əlibəyli 05 Avqust 2026 · 12:52 1056 baxış

Bu gün görkəmli skripkaçı, dirijor, Xalq artisti Sərvər Qəniyevin anadan olmasının 89-cu ildönümü qeyd olunur.

Elpress.az xəbər verir ki, Azərbaycan musiqi sənətinin tanınmış nümayəndələrindən olan Sərvər Qəniyev uzun illər skripka ifaçılığı, dirijorluq və pedaqoji fəaliyyəti ilə ölkənin musiqi həyatında mühüm rol oynayıb.

İlk musiqi təhsilini Azərbaycan Konservatoriyasının nəzdindəki musiqi məktəbində alan sənətkar sonradan təhsilini Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirib. Təhsilini başa vurduqdan sonra Bakıya qayıdan Sərvər Qəniyev Azərbaycan Dövlət Konservatoriyasında müəllim, daha sonra professor və kafedra müdiri kimi fəaliyyət göstərib.1965-ci ildə onun təşəbbüsü ilə konservatoriyanın nəzdində simli kvartet yaradılıb. 1991-ci ildən etibarən isə Türkiyənin Bilkənd Universitetində professor, kamera və simfonik orkestrinin bədii rəhbəri və dirijoru kimi çalışıb.Musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Sərvər Qəniyev 1967-ci ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2007-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Sərvər Qəniyev 2010-cu il sentyabrın 5-də Türkiyənin Ankara şəhərində vəfat edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Muzey Mərkəzində “Sənin adın nədir?” adlı gənc rəssamların sərgisi açılıb

Next Article

Antarktidanın “Qan Şəlaləsi”nin sirri: 100 illik müəmmaya aydınlıq gətirildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Folklorda Yaşayan Qərbi Azərbaycan

Aysel Əlibəyli 09 İyun 2026 · 17:52 1154 baxış AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsi növbəti elmi seminara ev sahibliyi edib. Qərbi Azərbaycanın zəngin folklor irsinin araşdırılması və təbliği istiqamətində fəaliyyət göstərən AMEA Folklor […]

Azərbaycanda kitabxana fondunun yarıdan çoxu kiril əlifbasındadır

Aysel Əlibəyli 10 İyun 2026 · 12:04 1128 baxış Azərbaycanda fəaliyyət göstərən kitabxanaların böyük hissəsinin beynəlxalq standartlara uyğun olmadığı açıqlanıb. Elpress.az xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsində keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti […]

Elman Gədikli yeni şeirini sosial şəbəkədə paylaşıb

Elşən 07 İyul 2026 · 11:46 1136 baxış Şair Elman Gədikli sosial şəbəkə hesabında “Atam kimi unutmadım” adlı yeni şeirini oxucularla bölüşüb. Şeir şair Əli Hacıya ithaf olunub. Müəllif poetik misralarında sədaqət, dostluq, ehtiram və […]