--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Əsmər Nərimanbəyovanın fərdi sərgisi böyük maraqla qarşılanıb

Aysel Əlibəyli 24 İyun 2026 · 19:14 1134 baxış

Acarıstan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Batumi İncəsənət Muzeyində Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın yaradıcılığına həsr olunmuş “Rənglər simfoniyası” adlı fərdi sərginin açılışı keçirilib.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, sərginin açılış mərasimində Acarıstanın mədəniyyət naziri Eliso Bolkvadze, nazir müavinləri Vladimir Mqaloblişvili və İrma Abuladze, Acarıstan Ali Şurasının və Batumi Şəhər Şurasının nümayəndələri, diplomatik korpusun üzvləri, incəsənət xadimləri və media nümayəndələri iştirak ediblər.Mədəniyyət naziri Eliso Bolkvadze Əsmər Nərimanbəyovanın beynəlxalq incəsənət mühitində əldə etdiyi uğurlardan danışaraq onun Azərbaycan təsviri sənətinin dünyada tanıdılmasına verdiyi töhfələri vurğulayıb və rəssama Acarıstan Mədəniyyət Nazirliyinin təşəkkürnaməsini təqdim edib.Azərbaycanın Batumidəki Baş konsulu Fuad Əzizov rəssamın çoxşaxəli yaradıcılığı barədə məlumat verərək bildirib ki, Əsmər Nərimanbəyovanın əsərləri Azərbaycanın milli-mədəni dəyərlərini və zəngin irsini beynəlxalq auditoriyaya çatdırır.Görüşlər zamanı rəssamın Azərbaycan və Fransada həyata keçirdiyi uzunmüddətli yaradıcılıq fəaliyyəti, beynəlxalq sərgilərdə iştirakı və Avropa incəsənət mühitində qazandığı nailiyyətlər müzakirə olunub.Qeyd edək ki, Tbilisi Dövlət Rəssamlıq Akademiyasının məzunu olan Əsmər Nərimanbəyova Azərbaycanın Əməkdar rəssamı, Fransa İncəsənət, Elm və Ədəbiyyat Akademiyasının medalçısı və UNESCO Assosiasiyasının üzvüdür. O, müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgi, festival və simpoziumlarda iştirak edərək Azərbaycan təsviri sənətinin tanıdılmasına töhfə verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Su 25 dərəcəyə çatacaq, bəzi ərazilərə xəbərdarlıq edildi

Next Article

Şair Nəriman Mehdixanlının 90 illik yubileyi qeyd edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanlı jurnalistlər druz şəhərinə səfər ediblər

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:24 1042 baxış İsraildə media turunda iştirak edən jurnalistlər Hurfeişdə druz icmasının nümayəndəsi ilə görüşüblər Elpress.az xəbər verir ki, İsraildə təşkil olunan media turunda iştirak edən azərbaycanlı jurnalistlər ölkənin […]

Leyla və Arzu Əliyevalar Madriddə sərgiyə qatılıblar

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:29 1036 baxış Azərbaycanın Birinci vitse-prezidenti və qızı Madriddə keçirilən beynəlxalq sərgidə iştirak ediblər Elpress.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Leyla Əliyeva və qızı Arzu Əliyeva İspaniyanın paytaxtı […]

Şəfiqə Məmmədova: Kino sahəsində inkişaf var

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:18 1040 baxış Xalq artisti Azərbaycan Kinematoqrafçılar İttifaqında qarşıdakı fəaliyyətindən danışıb Elpress.az xəbər verir ki, Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilməsindən sonra qarşıdakı fəaliyyət planları barədə […]