--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

AXC və Alaş-Orda: ortaq dövlətçilik irsi müzakirə olundu

Aysel Əlibəyli 18 İyun 2026 · 00:53 1198 baxış

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan Demokratik Respublikası və Alaş-Orda: dövlət quruculuğunun tarixi təcrübəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan və Qazaxıstan arasında tarixi əlaqələr, milli dövlətçilik ənənələri və ortaq irsin araşdırılması məsələləri diqqət mərkəzində olub.Konfransın açılışında çıxış edən institutun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev iki ölkə arasında elmi-humanitar əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Çıxışlarda qeyd olunub ki, bu cür platformalar tarix elminin inkişafına və ortaq dəyərlərin öyrənilməsinə mühüm töhfə verir.Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti və Alaş-Orda hökumətinin yaranması, parlamentarizmin formalaşması, siyasi liderlik, dövlətlərarası münasibətlər və Türküstan məsələsi ilə bağlı məruzələr təqdim edilib.Müzakirələr zamanı bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti və Alaş-Orda XX əsrin əvvəllərində türk xalqlarının milli dirçəliş və müstəqillik ideyalarının mühüm təcəssümü olub. Bu dövlətlərin tarixi təcrübəsi və siyasi irsi bu gün də elmi aktuallığını qoruyub saxlayır.Konfrans çərçivəsində tarixçilər milli dövlət quruculuğu, intellektual elitaların fəaliyyəti və tarixi irsin qorunması məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Vurğulanıb ki, ortaq keçmişin araşdırılması Azərbaycan və Qazaxıstan arasında elmi və humanitar əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Merzdən İsrailə çağırış

Next Article

ABŞ-yə səfər planı açıqlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Cənnətin iqamətgahı” filmi təqdim edildi

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 21:25 1114 baxış Ordubadın qədim tarixi, mədəni irsi və etnoqrafik xüsusiyyətlərini özündə əks etdirən “Cənnətin iqamətgahı” sənədli-musiqili-etnoqrafik filminin təqdimatı keçirilib. Elpress.az xəbər verir ki, ekran əsərinin təqdimat mərasimi Nizami […]

Azərbaycanlı jurnalistlər druz şəhərinə səfər ediblər

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:24 1080 baxış İsraildə media turunda iştirak edən jurnalistlər Hurfeişdə druz icmasının nümayəndəsi ilə görüşüblər Elpress.az xəbər verir ki, İsraildə təşkil olunan media turunda iştirak edən azərbaycanlı jurnalistlər ölkənin […]

Rotterdamlı Erazm Martin Lüterə niyə qoşulmamışdı?

Aysel Əlibəyli 12 İyul 2026 · 21:12 1176 baxış İyulun 12-si İntibah dövrünün görkəmli humanisti, filosofu və yazıçısı Rotterdamlı Erazmın anım günüdür. Elpress.az Kulis.az-a istinadən bildirir ki, İntibah dövrü humanizminin banilərindən biri hesab olunan holland […]