Dünya şöhrətli müğənni və bəstəkar Sami Yusif beş illik fasilədən sonra Qarabağa həsr olunan “Qarabağımsan” (“Bülbül diyarı”) layihəsini dinləyicilərə təqdim edib.
Elpress.az xəbər verir ki, sənətçi yeni layihə barədə sosial şəbəkə hesabında paylaşım edib. O, əsəri xalqına və doğma torpağına ünvanlanan sevgi məktubu kimi xarakterizə edib.
Sami Yusifin sözlərinə görə, layihənin ərsəyə gəlməsi üzərində beş il çalışılıb. Bəstənin musiqisi və aranjimanı sənətçinin özünə, sözləri isə Aytən İsmixanovaya məxsusdur.
Qarabağa həsr olunan musiqi layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.


