--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Əli Hacıdan yeni şeir: “Qapım açıq qalıb, gətir qəmini…”

Aysel Əlibəyli 31 İyul 2026 · 16:55 1168 baxış

Yazar Əli Hacı yeni şeirini sosial şəbəkə hesabında oxucuları ilə bölüşüb.

Elpress.az olaraq müəllifin “Qapım açıq qalıb, gətir qəmini…” adlı yeni şeirini təqdim edirik.

Qapım açıq qalib,göndər qəmini
Gözdən işıq verim,qəlbdən sevgimi !
Ona süfrə açıb göz yaşlarımdan,
Saxlayım vüsala yetənə kimi !

Sözü vərəq-vərəq biçib əyninə,
Şərab da içərəm könlün almağa !
Ona unutdurub gəldiyi yeri,
Onu yaşadaram vətən olmağa !

Ver,qonşu uşağa məktub gətirsin,
Ya havadan göndər,ya özün gətir !
Sənin ki,üzünə qapım açıqdı,
Dur, qəmin adına özünü gətir !

Yollarda izini itirib daha,
İzində ot bitib,qəlbində nifrət !
Xərclənib bitmişəm,vaxt yox,yol salam
Məni istəyinə bulayıb həyat !

Adın isti qalıb,qaldığı yerdə
Özünsə Ay batıb,uzaq getmisən !
Qapım açıq qalıb,gətir qəmini
Sevinim,nə gözəl pay gətirmisən !

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Avstriyada uşaqlar üçün sosial şəbəkə qadağası

Next Article

“Cəbiş müəllim” obrazının reklamda istifadəsi narazılıq doğurdu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Loğman Rəşidzadənin yeni romanı işıq üzü görüb

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 13:12 1132 baxış Elpress.az xəbər verir ki, yazıçı və ədəbiyyatşünas Loğman Rəşidzadənin yeni romanı “AVE Print” nəşriyyatında çap olunub. Əsər dövrümüzün mürəkkəb mənəvi sınaqlarından keçən ziyalının taleyindən bəhs edir.Hazırda […]

Əli Hacı: Ruhun libası

Elşən 15 İyun 2026 · 23:33 1368 baxış Üzünü o yana çevir,Bu üzdə qış havası var.Qəribliyin qucağında,Doğmalığın davası var. Gör, fikrim hara çəkdi,Dili söz-söz dara çəkdi.Kim deyir ki, Allah təkdir?Onun da öz Həvvası var. Ölmək […]

“Gənc xilasedici” beynəlxalq yarışında Azərbaycan birinci oldu

Aysel Əlibəyli 04 İyul 2026 · 23:01 1164 baxış Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, eləcə də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Gənc xilasedici” XII beynəlxalq yarışı və “Gənc […]