--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Su 25 dərəcəyə çatacaq, bəzi ərazilərə xəbərdarlıq edildi

Aysel Əlibəyli 24 İyun 2026 · 19:10 1108 baxış

Abşeron çimərliklərində hava əlverişli olacaq: Dəniz suyu isinir, bəzi sahələrdə çirklənmə aşkarlanıb

İyunun 25-də Abşeron çimərliklərində hava şəraitinin əlverişli keçəcəyi, dəniz suyunun temperaturunun isə bəzi ərazilərdə 25 dərəcəyədək yüksələcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində şimal-şərq küləyi əsəcək, axşam saatlarında isə küləyin istiqaməti dəyişərək şimal-qərb küləyi ilə əvəz olunacaq.Dəniz suyunun temperaturu şimal çimərliklərində — Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulbada 22-23 dərəcə, cənub çimərliklərində — Türkan, Hövsan, Sahil və Şıxda isə 24-25 dərəcə isti olacaq.Bununla yanaşı, Səhiyyə Nazirliyi bəzi çimərliklərdə dəniz suyunun keyfiyyəti ilə bağlı xəbərdarlıq edib. Laborator müayinələrin nəticələrinə əsasən, bir sıra ərazilərdə su nümunələrinin sanitariya tələblərinə uyğun olmadığı müəyyən edilib.Monitorinq zamanı Bakı şəhərinin Türkan, Hövsan, Şıx və Sahil qəsəbələrində, həmçinin Lənkəranın Aşağı Nüvədi, Sütəmurdov, Kiçik Bazar yaşayış məntəqələrində və Xaçmazın Niyazoba ərazisində yerləşən çimərliklərdə dəniz suyunun çirkab və tullantı suları ilə çirkləndiyi aşkarlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

kart hesablarında yaranan texniki problem araşdırılır

Next Article

Əsmər Nərimanbəyovanın fərdi sərgisi böyük maraqla qarşılanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah havanın temperaturu 35 dərəcəyədək yüksələcək

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:28 1052 baxış Bakıda 32, Azərbaycanın bəzi rayonlarında isə 35 dərəcəyədək isti hava gözlənilir Elpress.az xəbər verir ki, Sentyabrın 5-də Azərbaycanda əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir. Bununla […]

Azərbaycanda 18 kişi hayat yoldaşının soyadını götürüb

Aysel Əlibəyli 08 Avqust 2026 · 14:35 1048 baxış Ədliyyə Nazirliyi: Cari il ərzində 18 kişi nikahdan sonra arvadının soyadını qəbul edib Elpress.az xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, cari il ərzində nikah […]

Ölkədə yağışlı və küləkli hava müşahidə olunur

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 17:02 1036 baxış Bir sıra rayonlarda leysan yağır, şimşək çaxır və güclü külək əsir Elpress.az xəbər verir ki, Azərbaycanın bir sıra ərazilərində hava şəraiti dəyişib, yağış və külək müşahidə […]

Məleykə Abbaszadə keçid balları ilə bağlı xəbərdarlıq edib

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:13 1058 baxış DİM sədri: Ötən ilin keçid balı builki nəticəni əvvəlcədən müəyyən etmir Elpress.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə abituriyentlərə ixtisas seçimi […]