--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azərbaycanda 4 ayda vətəndaşlara 70 milyon manatdan çox ƏDV qaytarılıb

Elşən 07 May 2026 · 16:14 1142 baxış

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə satış və ictimai iaşə sahəsində fəaliyyət göstərən obyektlərdən alınan mallara görə vətəndaşlara milyonlarla manat ƏDV geri ödənilib. Qaytarılan məbləğ neft-qaz məhsulları, avtomobil, alkoqollu içki və tütün məmulatlarını əhatə etməyib.

Elpress.az-ın xəbərinə görə, məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yayıb.

Bildirilib ki, teatr və kino xidmətləri, muzey ziyarətləri, simfonik orkestr konsertləri, eləcə də tibb müəssisələri və özəl tibbi fəaliyyət göstərən şəxslərin xidmətləri üzrə ödənilən ƏDV-nin də bir hissəsi vətəndaşlara geri qaytarılıb.

Həmçinin işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən hotellərdə gecələmə və qalma xidmətlərinə görə ödənilən ƏDV də geri ödəniş mexanizminə daxil edilib.

Ümumilikdə, hesabat dövründə fiziki şəxslərə qaytarılan ƏDV məbləği 70 milyon 452,1 min manat olub.

Bundan əlavə, xarici vətəndaşların Azərbaycanda şəxsi istifadə məqsədilə aldıqları mallara görə tətbiq edilən “tax free” sistemi çərçivəsində dövlət büdcəsindən 2 milyon 758,4 min manat ƏDV geri qaytarılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zelenski Putinin 9 May atəşkəs təklifinə münasibət bildirdi

Next Article

Cenevrədə MAMA “Ana təbiət” beynəlxalq sərgisi təqdim olundu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“İpək Yolu Sığorta”nın sədri vəzifədən ayrılıb

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:50 1076 baxış Teymur Məmmədovun yerinə hələlik yeni təyinat həyata keçirilməyib Elpress.az xəbər verir ki, “İpək Yolu Sığorta” ASC-nin Direktorlar Şurasının sədri Teymur Məmmədov şirkətdəki vəzifəsini tərk edib.Məlumata görə, […]

Dənizdə neft sızmalarının qarşısının alınmasında monitorinq vacibdir

Aysel Əlibəyli 21 İyun 2026 · 19:37 1184 baxış Ekspert dənizdə boru xətlərinə nəzarətin ekoloji risklərin azaldılmasında mühüm rol oynadığını bildirib. Dənizdə neft sızmalarının vaxtında aşkarlanması və aradan qaldırılması ekoloji təhlükələrin minimuma endirilməsi baxımından mühüm […]

Qızıl zirvədədir: qeyri-neft ixracının əsas məhsulları məlum oldu

Aysel Əlibəyli 02 İyun 2026 · 13:43 1196 baxış İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin may buraxılışını yayımlayıb. Elpress.az Fed.az-a istinadən xəbər verirki Hesabata əsasən, bu ilin yanvar-aprel aylarında Azərbaycanın […]

Qazın qiyməti endi

Aysel Əlibəyli 27 İyul 2026 · 12:11 1112 baxış Dünya bazarında təbii qazın qiymətində cüzi eniş qeydə alınıb Elpress.az xəbər verir ki, Dünya bazarında təbii qazın qiyməti cüzi ucuzlaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında 2026-cı ilin […]