--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Milli Musiqi Günü Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:08 1105 baxış

Üzeyir Hacıbəylinin 141-ci ildönümü münasibətilə I Fəxri xiyabanda mərasim keçirilib

Elpress.az xəbər verir ki, Sentyabrın 18-də dahi bəstəkar, musiqişünas, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü tamam olur. Bu tarix eyni zamanda ölkədə Milli Musiqi Günü kimi qeyd edilir.Milli Musiqi Günü münasibətilə keçirilən tədbirlər ənənəvi olaraq I Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarının ziyarəti ilə başlayıb. Mərasimdə mədəniyyət naziri Adil Kərimli və tanınmış mədəniyyət xadimləri iştirak ediblər.İştirakçılar əvvəlcə Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edərək onların xatirəsinə ehtiramlarını ifadə edib, məzarları üzərinə çiçəklər qoyublar. Daha sonra Üzeyir Hacıbəylinin məzarı önünə əklil qoyulub və gül dəstələri düzülüb.Mədəniyyət naziri Adil Kərimli Milli Musiqi Günü münasibətilə təbriklərini çatdırıb. O qeyd edib ki, 18 sentyabr 1995-ci ildə qəbul edilmiş sərəncam əsasında Milli Musiqi Günü kimi qeyd olunur və bu tarix Üzeyir Hacıbəylinin yaradıcılığına verilən yüksək qiymətin göstəricisidir.Nazir bildirib ki, sentyabrın 18-dən 30-dək Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq və müxtəlif musiqi tədbirlərini əhatə edəcək.Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə isə Üzeyir Hacıbəylinin Azərbaycan musiqi tarixində xüsusi rolunu vurğulayıb. Onun sözlərinə görə, bəstəkar Azərbaycan klassik musiqisinin əsasını qoyub, yeni musiqi janrlarının formalaşmasına böyük töhfə verib və milli musiqinin dünya səviyyəsində tanınmasına mühüm təsir göstərib.Mərasim çərçivəsində I Fəxri xiyabanda dəfn olunan görkəmli bəstəkar və sənətkarlar Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin məzarları da ziyarət olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Orta Dəhlizdə yük artımı ADY-ni lokomotiv parkını yeniləməyə sövq edir

Next Article

Şəhid ailələri və müharibə əlilliyi olan şəxslərə 36 mənzil verilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AXC və Alaş-Orda: ortaq dövlətçilik irsi müzakirə olundu

Aysel Əlibəyli 18 İyun 2026 · 00:53 1190 baxış AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan Demokratik Respublikası və Alaş-Orda: dövlət quruculuğunun tarixi təcrübəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir […]

Azərbaycanlı gənc musiqiçilər Tbilisidə konsert veriblər

Aysel Əlibəyli 16 İyun 2026 · 00:22 1178 baxış Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tələbələri Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış ediblər. Elpress.az xəbər verir ki, Tbilisi Vano Saracişvili adına Dövlət Konservatoriyasında […]

Doqquzillik təhsil bazasında qəbul prosesi start götürür

Aysel Əlibəyli 18 İyun 2026 · 16:42 1186 baxış Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat prosesinə […]