--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

BDU ilə Qobustan qoruğu arasında yeni əməkdaşlıq

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 19:43 1010 baxış

Qobustanın arxeoloji və mədəni irsinin müasir elmi yanaşmalarla araşdırılması istiqamətində yeni əməkdaşlığa başlanılıb.

Elpress.az xəbər verir ki, Bakı Dövlət Universiteti ilə Qobustan Milli Tarix-Bədii Qoruğu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Sənəd BDU-nun rektoru Elçin Babayev və Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev tərəfindən imzalanıb. Memorandum “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” mövzusunda keçirilən beynəlxalq fənlərarası seminar çərçivəsində rəsmiləşdirilib.

Razılaşma Qobustan ərazisindəki arxeoloji abidələrin, qayaüstü təsvirlərin və digər mədəni irs nümunələrinin araşdırılması, sənədləşdirilməsi və rəqəmsal mühitə köçürülməsini nəzərdə tutur. Eyni zamanda irsin qorunması və təbliği üçün müasir elmi və texnoloji imkanlardan istifadə ediləcək.

Əməkdaşlıq çərçivəsində geofizika, arxeologiya, tarix, coğrafiya, geologiya, informasiya texnologiyaları, məsafədən zondlama, GIS və süni intellekt kimi müxtəlif istiqamətlərin imkanlarından birgə istifadə olunması planlaşdırılır. Tərəflər həmçinin ekspedisiyalar və sahə tədqiqatları təşkil edərək Qobustanın arxeoloji potensialını kompleks şəkildə öyrənəcəklər.

Memorandum BDU-nun tələbə, magistrant, doktorant və tədqiqatçılarının real arxeoloji mühitdə elmi-təcrübi fəaliyyətinə şərait yaradılmasını, həmçinin Qobustanın elmi imkanlarının yerli və beynəlxalq akademik mühitdə daha geniş tanıdılmasını da əhatə edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakı-Ankara münasibətlərinə kölgə salmaq cəhdləri nəticəsiz qalır

Next Article

Türkiyədə iki futbol hakimi həbs edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ekspert: Şuşanın qayalarında yazılar yazılmamalıdır

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 18:14 1038 baxış Samir Dübəndi Cıdır düzündə təbii və tarixi landşaftın qorunmasının vacibliyini vurğulayıb Elpress.az xəbər verir ki, Şuşanın, xüsusilə Cıdır düzünün tarixi, mədəni və təbii simasının qorunması ilə […]

Xaricdə yaşayan azərbaycanlı din xadimləri Şuşaya gəlib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:49 1032 baxış Türkiyə, Gürcüstan və İraqdan olan 50 nəfərlik nümayəndə heyəti Qarabağa səfər edib Elpress.az xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Zəfərin yolu: Qələbənin izi […]

Əcəmi Naxçıvani haqqında filmin çəkilişləri başa çatıb

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:10 1048 baxış Memarın 900 illiyinə həsr olunan bədii-sənədli ekran əsəri postprodakşn mərhələsinə keçib Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Kino Agentliyinin həyata keçirdiyi “Azərbaycanın mədəni irsinə səyahət” layihəsi […]