--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Xaricdə yaşayan azərbaycanlı din xadimləri Şuşaya gəlib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:49 1048 baxış

Türkiyə, Gürcüstan və İraqdan olan 50 nəfərlik nümayəndə heyəti Qarabağa səfər edib

Elpress.az xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimlərinin Qarabağa səfəri başlayıb.Səfərdə ümumilikdə 50 nəfərlik nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinin üzvləri səfər proqramı çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəliblər.Qonaqlar Şuşanın tarixi və mədəni irsi, dini-mənəvi abidələri və təbiəti ilə tanış olacaqlar. Həmçinin şəhərin işğaldan azad edilməsindən sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri barədə məlumat əldə edəcəklər.Səfər proqramına Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı və Mamayı məscidlərinin ziyarəti daxildir. Nümayəndə heyətinin üzvlərinin Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə baş çəkməsi və Cıdır düzündən Şuşanın mənzərələrini seyr etməsi də nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib

Next Article

Əmrah Həsənli: Süni intellekt dövründə savadlılıq anlayışı dəyişir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 14:18 1104 baxış Azərbaycanın tanınmış rəssamı Fərhad Xəlilov 80 illik yubileyi ərəfəsində ölkənin ali dövlət təltiflərindən biri ilə mükafatlandırılıb. Elpress.az xəbər verir ki, oktyabrın 23-də Prezident İlham Əliyev Xalq […]

Əli Hacıdan yeni şeir

Elşən 07 İyul 2026 · 11:06 1148 baxış Yazar Əli Hacı yeni şeirini sosial şəbəkədə paylaşıb. Elpress.az olaraq şeiri təqdim edirik: Mən ki,yuxu görmürəmYuxu yozasan mənə !Gedib Tanrı olmadın,Tale yazasan mənə ! Gizlədim çox sözümü,Abır-həya […]

AXC və Alaş-Orda: ortaq dövlətçilik irsi müzakirə olundu

Aysel Əlibəyli 18 İyun 2026 · 00:53 1166 baxış AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan Demokratik Respublikası və Alaş-Orda: dövlət quruculuğunun tarixi təcrübəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir […]

Xocavənd Şəhəri Günü qeyd olunub

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:24 1106 baxış Şəhərdə bayram tədbirləri, konsert proqramı və atəşfəşanlıq təşkil edilib Elpress.az xəbər verir ki, Sentyabrın 20-də Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günləri qeyd olunur.Bu münasibətlə […]