--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Rəna Abdullayevanın yaradıcılığında dil problemləri mövzusunda elmi seminar

Aysel Əlibəyli 01 İyun 2026 · 14:59 1166 baxış

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsində yazıçı Rəna Abdullayeva ilə “Yazıçı və dil” mövzusunda elmi seminar keçirilmişdir.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Görüş zamanı Rəna Abdullayeva oxucularla fikir mübadiləsi apararaq yaradıcılığı barədə məlumat verib, ədəbi proseslə bağlı sualları cavablandırıb.Şöbə müdiri, professor İsmayıl Kazımov qonağın yaradıcılığı haqqında məlumat verərək onun müasir Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən bəhs edib. O bildirib ki, yazıçının əsərlərində milli-mənəvi dəyərlər, insan ünsiyyəti və həyat həqiqətləri öz əksini tapır. Onun “Qisas”, “Yağışın yuyub apara bilmədiyi izlər”, “Qızılgül tikansız olmaz”, “Diqqət! İlk dayanacaq Şəhidlər xiyabanı, ilk görüş yeri ata məzarı” əsərlərində dil məsələləri xüsusi diqqət mərkəzində saxlanılır. Əsərlərdə istifadə olunan söz seçimi, ifadələrin poetikliyi və metaforik quruluş Azərbaycan dilinin zənginliyini nümayiş etdirir. Xüsusilə “Qızılgül tikansız olmaz” və “Yağışın yuyub apara bilmədiyi izlər” kimi adlar sadə, lakin dərin məna ilə seçilərək oxucunun emosional dünyasına təsir göstərir. Bu isə dilin həm bədii, həm də emosional funksiyasını ön plana çıxarır.Gənc dilçilər qeyd ediblər ki, yazıçının “İllər sonra” əsərində dil yalnız hadisələri çatdıran vasitə kimi deyil, həm də daxili aləmin ifadəçisi kimi çıxış edir. Personajların hissləri, düşüncələri və keçmişlə bağlı refleksiyaları dil vasitəsilə oxucuya ötürülür.Görüş zamanı ana dilinin saflığının qorunması, bədii ədəbiyyatın dil mədəniyyətinin inkişafındakı rolu və gənc nəslin mütaliəyə marağının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ermənistanda “1 mart işi” ilə bağlı 4 ordu korpusunun sabiq komandirlərinə qarşı cinayət təqibinə başlanılıb.

Next Article

Qəbul imtahanının ikinci cəhdində iştirak etmək istəyənlər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Uşaqlar və hüquq” kitabının təqdimatı keçirilib

Aysel Əlibəyli 23 İyun 2026 · 14:03 1138 baxış İyunun 23-də Prezident Kitabxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaqlar və hüquq” adlı maarifləndirici kitabın təqdimatı keçirilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi […]

Milli İncəsənət Muzeyində yeni fotosərgi açılıb

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 20:22 1094 baxış Azərbaycan Milli İncəsənət Muzeyində media nümayəndələri üçün təşkil olunan press-tur çərçivəsində muzeyin fəaliyyəti, kolleksiyası və yeni layihələri təqdim edilib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın […]

Azərbaycan sənətkarlığı İstanbulda nümayiş olunur

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 20:58 1082 baxış Azərbaycanın zəngin sənətkarlıq irsi İstanbulda keçirilən beynəlxalq sərgidə nümayiş olunur. Ölkəmizi təmsil edən sənətkarlar milli əl sənəti nümunələrini xarici ziyarətçilərə təqdim edirlər. Elpress.az xəbər verir ki, […]