--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Ermənistanda Lilit Makuntsun fəaliyyəti tənqid edilir

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 17:00 1012 baxış

Ermənistan baş nazirinin aparat rəhbəri Lilit Makuntsun son dövrlərdəki fəaliyyəti ölkənin yerli mediasında müzakirələrə səbəb olub.

Elpress.az xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri Makuntsun hökumətdəki fəaliyyəti və ictimai tədbirlərdə görünməsi ilə bağlı tənqidi material yayıb.

Nəşr iddia edir ki, yeni aparat rəhbəri sələfi Aravik Arutyunyandan fərqli olaraq daha fəal görünür və keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər hökumətin rəsmi internet səhifəsində geniş şəkildə işıqlandırılır.

“Hraparak”ın yazdığına görə, rəsmi saytda Makuntsun fəaliyyəti ilə bağlı xəbərlərin çoxalması onda hökumətdə tutduğu vəzifədən daha geniş səlahiyyətlərə malik yüksək vəzifəli şəxs təsəvvürü yaradır.

Nəşr son günlər keçirilən “Ermənistan üçün yeni imkanlar: xarici siyasət, islahatlar və davamlılıq” mövzusunda iki günlük seminarı da nümunə göstərib. Bildirilir ki, tədbirdə diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların, analitik mərkəzlərin və ictimai qurumların nümayəndələri iştirak edib və tədbirin açılışında Lilit Makunts çıxış edib.

Materialda hökumətin rəsmi saytında Makuntsun tədbirdəki çıxışına və TRIPP layihəsi ilə bağlı fikirlərinə geniş yer verilməsi də diqqətə çatdırılıb.

“Hraparak” həmçinin Makuntsun Konstantin Petrosyana həsr olunmuş yubiley konsertində iştirakının da hökumətin rəsmi internet səhifəsində ayrıca xəbər kimi yayımlandığını qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Lətif Kərimovun 120 illiyi Vyanada qeyd olundu

Next Article

“Cahan Holding”də marketinq üzrə yeni təyinat

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran rəsmisindən region ölkələrinə xəbərdarlıq

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:41 1058 baxış Məhəmməd Moxbar: İranın hava nəqliyyatına maneə yaradılarsa, region da təsirlənəcək Elpress.az xəbər verir ki, İranın Ali Liderinin müşaviri Məhəmməd Moxbar region ölkələrinə hava nəqliyyatı sahəsində yaranan […]

Aİ-ABŞ ticarəti rekord göstəriciyə yüksəldi

Aysel Əlibəyli 03 İyul 2026 · 17:03 1134 baxış Avropa İttifaqı ilə ABŞ arasında ticarət dövriyyəsi ötən il tarixi maksimuma çataraq 875 milyard avro həcmində qeydə alınıb. Elpress.az məlumat verir ki, Avropa İttifaqı (Aİ) ilə […]

Ebola: ABŞ-dən diqqətçəkən məlumat

Aysel Əlibəyli 07 İyun 2026 · 14:00 1108 baxış ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) Mərkəzi Afrikada sürətlə yayılan Ebola epidemiyası ilə bağlı narahatlıq doğuran ciddi xəbərdarlıq yayıb, virusun yayılma riskinin artdığı və beynəlxalq […]

Rusiya: Yaponiya ABŞ-la əməkdaşlıq edərək yenidən hərbiləşir

Aysel Əlibəyli 14 Avqust 2026 · 13:30 1050 baxış Rusiya xarici işlər naziri Sergey Lavrov Yaponiyanın ABŞ-la daha sıx əməkdaşlıq etdiyini və ölkənin yenidən hərbiləşdirildiyini bildirib. Elpress.az xəbər verir ki, Lavrov yerli dövlət televiziyasına müsahibəsində […]