Türkiyədə hakimlərlə bağlı aparılan istintaq çərçivəsində saxlanılan iki futbol hakimi barəsində həbs qərarı çıxarılıb.
Elpress.az xəbər verir ki, Super Liqa hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel məhkəməyə çıxarılıb.
İstanbul Baş Prokurorluğunun Mərkəzi Hakim Komitəsi ilə bağlı apardığı araşdırma çərçivəsində saxlanılan hakimlər Trabzonda keçirilən “Trabzonspor” – “Droheda Yunayted” yoldaşlıq görüşündən sonra tutulublar.
İstintaq zamanı onların 7258 saylı qanuna zidd hərəkətlər, sənədlərin saxtalaşdırılması və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı şübhəli bilindiyi bildirilib.
Prokurorluqda dindirmələri başa çatdıqdan sonra Yasin Kol rüşvət və təsviyə, Göktuğ Hazar Erel isə rəsmi sənədlərdə saxtakarlıq ittihamı ilə hakim qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.


