--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Əli Hacıağaevlidən düşündürən yeni şeir

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 15:57 1016 baxış

Əli Hacıağaevli yeni şeirində həyatın sərt sınaqlarını, insanın qarşılaşdığı maneələri və zamanla mübarizəsini poetik dillə ifadə edib.

Elpress.az xəbər verir ki, şairin yeni əsərində insanın öz yolunu qurmaq cəhdi, cəmiyyətin ziddiyyətləri və həyatın keçiciliyi fəlsəfi çalarlarla əksini tapıb.

Əli Hacıağaevlinin yeni şeirini təqdim edirik:

Yoluma atılan daşlardan,
Bu başdan, ev tikdim özümə!
Suyunu kəsdilər yolumun,
Ört-basdır tökdülər izimə!

O, qışın üzünə doğulub
Bu, yaza qarı gətirənlər!
Yenə də yaşdan quru çıxır,
Payızın barın götürənlər!

Külək kimidir baxışları,
Yuxarının aşağılara.
Köhnəlmiş yolu yeri, oğlum,
Təzə yol salma uşaqlara!

Yerin qulağı var, eşidər
Qoy, qələm daşısın günahı!
Hər şeyi görən varsa, oğlum
Köməyə çağırma Allahı!

Özümü saldım daş-qayaya,
Əl-ayaq xərclədim ömrümə!
Günün boş əlindən tuturam,
Mənlə, dolu getsin ölümə!

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Jalə Əliyeva “Şöhrət” ordeninə layiq görüldü

Next Article

İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yapon yazıçısı Keyqo Hiqaşino vəfat etdi

Aysel Əlibəyli 27 İyul 2026 · 11:58 1074 baxış “Şübhəli X-in Sədaqəti”nin müəllifi Keyqo Hiqaşino 68 yaşında dünyasını dəyişib Elpress.az xəbər verir ki, Yaponiyanın məşhur detektiv yazıçısı Keyqo Hiqaşino 68 yaşında vəfat edib. Məlumata görə, […]

Şuşada “Kitab dayanacağı” istifadəyə verildi

Aysel Əlibəyli 20 İyul 2026 · 17:03 1086 baxış Şuşada günəş enerjisi ilə işləyən “Kitab dayanacağı” açıldı Elpress.az xəbər verir ki, Şuşada şəhər sakinləri və qonaqları üçün günəş enerjisi ilə işləyən “Kitab dayanacağı” istifadəyə verilib.”Azercell […]

Azərbaycan təmsilçisi JIVA “Avroviziya” yarımfinalında səhnə aldı

Elşən 15 May 2026 · 08:59 1185 baxış “Avroviziya-2026” mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyanada davam edir. Elpress.az-ın məlumatına əsasən, müsabiqənin ikinci yarımfinal gecəsində Azərbaycanı JIVA ləqəbi ilə tanınan Cəmilə Həşimova təmsil edib. Sənətçi “Just Go” […]