--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan rəqəmsal körpüyə çevrilə bilər

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 18:15 1036 baxış

Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında rəqəmsal əlaqələrin gücləndirilməsində mühüm rol oynaya biləcəyi bildirilib.

Elpress.az Report-a istinadən xəbər verir ki, bunu Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) baş katibi Dima Əl-Yahya deyib.

Onun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi ölkəyə Avropa, Qafqaz və Mərkəzi Asiya arasında rəqəmsal bağlantıların inkişafı baxımından əlavə imkanlar yaradır. Dima Əl-Yahya hesab edir ki, mövcud rəqəmsal dövlət idarəçiliyi və inkişaf edən telekommunikasiya infrastrukturu bu potensialın reallaşdırılmasına şərait yaradır.

DCO rəhbəri Azərbaycan və Qazaxıstan arasında çəkilişi tamamlanan Transxəzər Fiber-Optik Kabel xəttini də bu istiqamətdə mühüm layihələrdən biri kimi qeyd edib. 380 kilometrlik xəttin istifadəyə verilməsindən sonra Xəzər üzərindən yeni yüksək sürətli məlumat ötürmə marşrutunun formalaşacağı və ötürücülük qabiliyyətinin 400 Tbit/s-dən çox olacağı gözlənilir.

Dima Əl-Yahya vurğulayıb ki, Azərbaycanın əsas məqsədi coğrafi üstünlüyünü rəqəmsal imkanlara çevirmək və regionlar arasında yalnız infrastruktur deyil, həm də iqtisadiyyat, innovasiya və insan resursları baxımından əlaqələri genişləndirmək olmalıdır.

Onun sözlərinə görə, DCO bu prosesdə Azərbaycan üçün analitik və texniki dəstək, eləcə də beynəlxalq əlaqələrin qurulması istiqamətində imkanlar təqdim edə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılışını izləyib

Next Article

Pulsuz hüquqi yardımdan imtina edən vəkillərə yeni öhdəlik

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mərkəzi Bank 6 ayda 757 milyon dollar satıb

Aysel Əlibəyli 31 İyul 2026 · 11:53 1078 baxış Valyuta hərraclarında dollar satışları kəskin azalıb Elpress.az xəbər verir ki, 2026-cı ilin ilk altı ayında Azərbaycan Mərkəzi Bankının keçirdiyi valyuta hərraclarında ümumilikdə 757 milyon ABŞ dolları […]

Dünya birjalarında neftin qiymətində artım qeydə alınıb.

Aysel Əlibəyli 10 Avqust 2026 · 09:38 1066 baxış Elpress.az xəbər verir ki, Londonun ICE qitələrarası birjasında “Brent” markalı neftin 2026-cı ilin oktyabr ayı üzrə fyuçerslərinin qiyməti 0,39% artaraq 1 barel üçün 83,88 ABŞ dolları […]