--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Xocavənd Şəhəri Günü qeyd olunub

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:24 1104 baxış

Şəhərdə bayram tədbirləri, konsert proqramı və atəşfəşanlıq təşkil edilib

Elpress.az xəbər verir ki, Sentyabrın 20-də Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günləri qeyd olunur.Bu münasibətlə Xocavənddə Şəhər Günü ilə bağlı tədbir keçirilib. Tədbir Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında Xüsusi Nümayəndəliyi ilə Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.Bayram proqramı çərçivəsində uşaqlar üçün ustad dərsləri, yaradıcılıq və maarifləndirici vorkşoplar, üz boyama, interaktiv oyunlar və müxtəlif əyləncələr təşkil olunub. Uşaqlar üçün “Şəngülüm-Şüngülüm” tamaşası da nümayiş etdirilib.Gün ərzində Xocavənd Şəhəri Gününə həsr olunan konsert proqramı da keçirilib. Proqramda tanınmış incəsənət nümayəndələri çıxış edib, müxtəlif musiqi və bədii nömrələr təqdim olunub.Axşam saatlarında bayram münasibətilə Xocavənd şəhərində atəşfəşanlığın keçirilməsi nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ağdamda 8 min nəfərin qayıdışı üçün komplekslər təhvil veriləcək

Next Article

Zaqatalanın Qazangül qəsəbəsində ayı görünüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Hacı Qara” yeni yozumda səhnəyə qayıtdı: klassik komediyada Zəfər ruhu

Aysel Əlibəyli 28 İyun 2026 · 19:32 1182 baxış Elpress.az xəbər verir ki, iyunun 27-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” komediyası əsasında hazırlanan “Hacı Qara” tamaşasının premyerası keçirilib. […]

DANIŞAN VƏTƏN,YOL QARDAŞI – SABİR BƏY!

Elşən 19 May 2026 · 14:06 1188 baxış Məhəmməd Peyğəmbərimiz İmam Əli haqqında danışarkən belə demişdir:“Ya Əli, sənin doğulduğunu görməsəydim, sənə Allah deyərdim!” Dövrünün elmi-fəlsəfi və poetik düşüncələri ilə hamıdan öndə olan İmam Əliyə Peyğəmbərimiz […]