--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Bakıda Türk Dünyası Milli Kitabxanalarının ilk toplantısı keçirildi

Aysel Əlibəyli 02 İyul 2026 · 18:20 1110 baxış

Azərbaycan Milli Kitabxanasında “Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin ilk toplantısı təşkil olunub. Tədbirdə gələcək əməkdaşlıq və birgə layihələr müzakirə edilib.

Elpress.az xəbər verir ki, İyulun 2-də Azərbaycan Milli Kitabxanasında “Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin birinci toplantısı keçirilib. Tədbirdə Türk dünyası ölkələrinin milli kitabxanaları arasında əməkdaşlığın genişləndirilməsi, rəqəmsal layihələrin həyata keçirilməsi və 2026–2027-ci illər üzrə fəaliyyət istiqamətləri müzakirə olunub.Birliyin İdarə Heyətinin sədri, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov bildirib ki, iki il əvvəl yaradılması barədə qərar qəbul edilən birlik artıq rəsmi fəaliyyətə başlayıb. O, təşkilatın gələcəkdə daha da genişlənməsinin, digər türk dövlətlərinin də birliyə qoşulmasının və qurumun beynəlxalq təşkilat kimi qeydiyyata alınmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.Toplantının əsas müzakirə mövzularından biri Türk dünyasının ortaq elektron məlumat bazasının yaradılması olub. Təklifə əsasən, türk xalqlarının ortaq mədəni irsini əks etdirən rəqəmsal resurslar vahid platformada birləşdirilərək üzv ölkələrin istifadəsinə veriləcək.Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstan milli kitabxanalarının rəhbərləri təşəbbüsü dəstəklədiklərini bildirərək müəllif hüquqlarının qorunması, elektron kataloqların inteqrasiyası, texniki standartların hazırlanması və rəqəmsal əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.Toplantıda kitabxanaçılar arasında təcrübə mübadiləsi proqramlarının təşkili, ortaq internet saytının yaradılması, vahid oxucu bileti modelinin hazırlanması, qarşılıqlı ədəbiyyat bölmələrinin formalaşdırılması və Türk dünyasının görkəmli şəxsiyyətlərinin yubileylərinin birgə qeyd olunması kimi məsələlər də müzakirə edilib.Sonda səsləndirilən təkliflər əsasında 2026–2027-ci illər üzrə fəaliyyət planı təsdiqlənib, ortaq elektron məlumat bazasının yaradılması, birgə layihələrin həyata keçirilməsi və Birliyin təşkilati fəaliyyətinin gücləndirilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Paşinyandan Rusiya ilə dəmir yolu müqaviləsi açıqlaması

Next Article

Tramp min nəfərlik nümayəndə heyəti ilə Türkiyəyə gəlir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Loğman Rəşidzadənin yeni romanı işıq üzü görüb

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 13:12 1106 baxış Elpress.az xəbər verir ki, yazıçı və ədəbiyyatşünas Loğman Rəşidzadənin yeni romanı “AVE Print” nəşriyyatında çap olunub. Əsər dövrümüzün mürəkkəb mənəvi sınaqlarından keçən ziyalının taleyindən bəhs edir.Hazırda […]

ADMİU beynəlxalq əməkdaşlığını genişləndirir

Aysel Əlibəyli 29 İyul 2026 · 11:25 1080 baxış Mədəniyyət və İncəsənət Universiteti beynəlxalq mübadilə və innovasiya proqramlarını yeni mərhələyə keçirir. Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) beynəlxalq akademik əlaqələrin […]

“We are the Future” gənc istedadları bir səhnədə topladı

Aysel Əlibəyli 07 İyul 2026 · 22:24 1166 baxış Valid Ağayev: “We are the Future” layihəsi festivalın ən böyük qürur mənbəyidir Elpress.az xəbər verir ki, Bakıda keçirilən “Shahin Novrasli Festival-2026” çərçivəsində gənc musiqiçilərin iştirakı ilə […]

Bakı beynəlxalq qobelen sənətinə ev sahibliyi edir

Aysel Əlibəyli 09 İyun 2026 · 12:49 1203 baxış Bakıda qobelen və tekstil sənətinə həsr olunmuş beynəlxalq müsabiqə-sərgi açılıb. Elpress.az xəbər verir ki, “TOMA – Yaddaşın ilmələri: Xatirədən gələcəyə” adlı layihənin açılış mərasimi Şirvanşahlar Sarayında […]