--:--:-- | 18 Avqust 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Paşinyandan Rusiya ilə dəmir yolu müqaviləsi açıqlaması

Aysel Əlibəyli 02 İyul 2026 · 18:15 1078 baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə dəmir yollarının idarə olunmasına dair imzalanmış müqaviləni birtərəfli qaydada ləğv etməyəcəyini bildirib.

Elpress.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin idarə olunmasına dair mövcud müqavilənin birtərəfli qaydada ləğv edilməsinin gündəmdə olmadığını açıqlayıb. O, bu barədə brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.Paşinyan bildirib ki, Ermənistan hökuməti bu məsələdə mövqeyini dəyişməyib və müqavilənin birtərəfli şəkildə ləğv edilməsi planlaşdırılmır. Bununla yanaşı, o, əvvəlki açıqlamalarından da geri çəkilmədiyini vurğulayıb.Baş nazir qeyd edib ki, mövcud şəraitdə Ermənistan dəmir yollarının idarə olunmasının Rusiya konsessiyasında olması ölkənin rəqabət üstünlüklərinə mənfi təsir göstərir. Onun sözlərinə görə, bu məsələ gələcəkdə də müzakirə mövzusu olaraq qalacaq.Qeyd edək ki, Ermənistan hakimiyyəti son aylarda dəmir yollarının idarə olunmasına dair konsessiyanın üçüncü tərəfə verilməsinin mümkünlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

D’Artanyanın qalıqları ilə bağlı yeni iddia

Next Article

Bakıda Türk Dünyası Milli Kitabxanalarının ilk toplantısı keçirildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hörmüz boğazında tankerə dron zərbəsi endirilib

Aysel Əlibəyli 14 Avqust 2026 · 12:52 1014 baxış Hörmüz boğazından çıxan tanker dron hücumuna məruz qalıb Elpress.az xəbər verir ki, Hörmüz boğazında daha bir neft tankerinin dronla hədəfə alındığı bildirilir.Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatlarının […]

Türkiyədə leysan və fırtına can aldı

Aysel Əlibəyli 25 İyul 2026 · 14:44 1030 baxış Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün hava xəbərdarlığı edilib. Elpress.az xəbər verir ki, Türkiyədə Balkanlardan gələn sərin və yağışlı hava […]

Gürcüstanda tələbələr üçün yeni maliyyələşmə qaydası

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:24 1022 baxış Gürcüstan universitetlərində təhsil haqqının dövlət tərəfindən ödənilməsi şərtləri açıqlanıb Elpress.az xəbər verir ki, Gürcüstanda dövlət universitetlərində təhsil alan tələbələrin maliyyələşdirilməsi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib.Təhsil, Elm […]

Fransada üç nüvə reaktoru meduzalara görə dayandırılıb

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:59 1020 baxış Meduzaların suqəbuledici sistemlərə dolması Qravelin AES-də üç reaktorun işinə fasilə yaradıb Elpress.az xəbər verir ki, Fransanın şimalında yerləşən Qravelin Atom Elektrik Stansiyasında üç reaktorun fəaliyyəti müvəqqəti […]