--:--:-- | 17 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Tramp min nəfərlik nümayəndə heyəti ilə Türkiyəyə gəlir

Aysel Əlibəyli 02 İyul 2026 · 18:25 1066 baxış

ABŞ Prezidenti Donald Tramp iyulun 7-də geniş tərkibli nümayəndə heyəti ilə Türkiyəyə rəsmi səfər edəcək. Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır.

Elpress.az-ın məlumatına əsasən, ABŞ Prezidenti Donald Tramp iyulun 7-də təxminən 1000 nəfərlik nümayəndə heyəti ilə Türkiyəyə rəsmi səfər edəcək. Səfər liderlərin sammitindən bir gün əvvəl baş tutacaq və proqram çərçivəsində yüksək səviyyəli görüşlər keçiriləcək.Məlumata görə, Tramp Ankaradakı Prezident Kompleksində rəsmi qarşılanma mərasimi ilə qəbul olunacaq. Daha sonra o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əvvəlcə təkbətək görüş keçirəcək, ardınca isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli danışıqlar aparılacaq.Görüşlərin yekununda Donald Tramp və Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı keçirməsi də gözlənilir. Tərəflərin ikitərəfli münasibətlər, regional təhlükəsizlik və digər aktual məsələləri müzakirə edəcəyi bildirilir.Səfər çərçivəsində ABŞ Prezidentinin xüsusi təhlükəsizlik tədbirləri də diqqət çəkir. Belə ki, Donald Tramp Türkiyəyə prezident limuzinini və prezident helikopterini də gətirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda Türk Dünyası Milli Kitabxanalarının ilk toplantısı keçirildi

Next Article

Elnur Hidayətoğlu TƏBİB-dəki vəzifəsindən ayrılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Berlində texnoparad zamanı 50 nəfər xəstəxanaya yerləşdirilib

Aysel Əlibəyli 16 Avqust 2026 · 21:41 1010 baxış Berlində keçirilən “Rave The Planet” texnoparadında onminlərlə insan iştirak edib. Elpress.az xəbər verir ki, avqustun 15-də baş tutan tədbir zamanı müxtəlif səbəblərdən 50 nəfərin xəstəxanaya çatdırıldığı […]

Dünya neft bazarında eniş dalğası

Aysel Əlibəyli 13 İyun 2026 · 09:50 1066 baxış Londonun ICE birjasında aparılan ticarət əməliyyatları zamanı “Brent” markalı neft üzrə 2026-cı ilin avqust ayı üçün fyuçers müqavilələrinin qiyməti 3,37 faiz azalaraq bir barel üçün 87,33 […]

Gürcüstanda tələbələr üçün yeni maliyyələşmə qaydası

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:24 1022 baxış Gürcüstan universitetlərində təhsil haqqının dövlət tərəfindən ödənilməsi şərtləri açıqlanıb Elpress.az xəbər verir ki, Gürcüstanda dövlət universitetlərində təhsil alan tələbələrin maliyyələşdirilməsi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib.Təhsil, Elm […]

Tramp: Hörmüz boğazının iyunun 19-da tam açılacağı gözlənilir

Aysel Əlibəyli 15 İyun 2026 · 21:11 1084 baxış ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmalar əldə olunub. ABŞ Prezidenti Donald Tramp bu barədə G7 sammiti çərçivəsində Fransanın Evian-le-Ben şəhərində Fransa Prezidenti […]