“Vivaldi” əməliyyatının üçüncü mərhələsinin başa çatdığı bildirilib
Elpress.az xəbər verir ki, Ukrayna ordusu əks-hücum əməliyyatı çərçivəsində 250-dən çox rusiyalı hərbçini əsir götürdüyünü açıqlayıb.Ukrayna Silahlı Qüvvələrinin Üçüncü Ordu Korpusunun komandanı, briqada generalı Andrey Biletski bildirib ki, əməliyyatın gedişində 250-dən çox Rusiya hərbçisi əsir götürülüb.Məlumata görə, dronların iştirakı ilə həyata keçirilən əməliyyat zamanı Rusiya tərəfdən 2 mindən çox hərbçi həlak olub.Bildirilib ki, bununla da “Vivaldi” əməliyyatının üçüncü mərhələsi başa çatıb.


