Bəzi ərazilərdə şimşək, dolu və dağlıq yerlərdə qar ehtimalı var
Elpress.az xəbər verir ki, Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir.Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı və şimşək çaxacağı ehtimal edilir.Azərbaycanın rayonlarında sentyabrın 29-dan 30-u axşamadək bəzi ərazilərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.Yüksək dağlıq ərazilərdə yağıntının qara keçəcəyi bildirilir.Yağıntılı hava şəraiti çaylarda suyun səviyyəsinin artmasına səbəb ola bilər. Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçməsi ehtimal edilir.


