--:--:-- | 24 Sentyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Naftalana yeni turist axını

Aysel Əlibəyli 18 İyun 2026 · 18:28 1146 baxış

“TABIA Group” və Özbəkistanın “FlyKhiva” şirkəti arasında turizm və sağlamlıq sektorunda əməkdaşlığın inkişafına dair memorandum imzalanıb.

Azərbaycanın qonaqpərvərlik və sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən “TABIA Group” şirkəti ilə Özbəkistanın turizm və aviasiya şirkəti “FlyKhiva” arasında strateji əməkdaşlıq memorandumu imzalanıb. Saziş iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsini, Naftalanın beynəlxalq səviyyədə tanıdılmasını və Azərbaycana gələn turistlərin sayının artırılmasını hədəfləyir.Bakıda keçirilən imzalanma mərasimində hər iki şirkətin rəhbər şəxsləri, Azərbaycan Turizm Bürosunun nümayəndələri və media təmsilçiləri iştirak ediblər. Tərəflər əməkdaşlıq çərçivəsində Özbəkistandan Azərbaycana turist səfərlərinin artırılması, xüsusilə Naftalanın sağlamlıq turizmi imkanlarının daha geniş auditoriyaya təqdim olunması istiqamətində razılığa gəliblər.Memorandum əsasında həyata keçirilən çarter uçuşları Özbəkistandan gələn turistlərin Naftalanın müalicəvi neftindən və sağlamlıq xidmətlərindən daha rahat şəkildə yararlanmasına imkan yaradacaq. İlk çarter reysinin uğurla həyata keçirilməsi bu istiqamətdə marağın yüksək olduğunu göstərib. Tərəflər gələcəkdə uçuşların sayının artırılması imkanlarını da nəzərdən keçirirlər.Bildirilib ki, bu əməkdaşlıq Azərbaycan və Özbəkistan arasında turizm əlaqələrinin inkişafına, həmçinin regionda iqtisadi və mədəni münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcək. Naftalanın unikal müalicəvi nefti və sağlamlıq turizmi imkanları Azərbaycanın beynəlxalq turizm xəritəsində mövqeyinin güclənməsinə xidmət edir.“TABIA Group”un nümayəndələri qeyd ediblər ki, Naftalan Azərbaycanın ən mühüm sağlamlıq turizmi mərkəzlərindən biridir və yeni əməkdaşlıq bu istiqamətin xarici bazarlarda daha geniş tanıdılmasına imkan verəcək. “FlyKhiva” isə Azərbaycanla turizm əlaqələrinin inkişafında bu tərəfdaşlığın mühüm rol oynayacağını vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ADU və Kolumbiya universitetləri arasında əməkdaşlıq imkanları müzakirə edildi

Next Article

Tur adı ilə dələduzluqda şübhəli bilinən qadın beynəlxalq axtarışa verildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rövşən Nəcəf: Enerji Forumu mühüm əməkdaşlıq platformasıdır

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:34 1044 baxış SOCAR rəhbəri Azərbaycan-Türkiyə enerji əməkdaşlığının əhəmiyyətini vurğulayıb Elpress.az xəbər verir ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında enerji sahəsində əldə olunan nəticələrin qiymətləndirilməsi və yeni əməkdaşlıq […]

Dünya Bankı: Regional inteqrasiya ölkələrin gələcəyinə yol açır

Aysel Əlibəyli 16 İyun 2026 · 15:11 1106 baxış Regional inteqrasiya dövlətlərə daha güclü əməkdaşlıq quraraq gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək imkanı yaradır. Dünya Bankının Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə Strategiya və Əməliyyatlar […]

BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası dəyişir

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:12 1040 baxış Restrukturizasiya zamanı borcalandan əlavə ödəniş tələb olunmayacaq Elpress.az xəbər verir ki, Bank olmayan kredit təşkilatlarında gündəlik kredit borcunun restrukturizasiyası zamanı müştəridən əlavə ödəniş tələb edilməyəcək.Azərbaycan Mərkəzi […]