--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan enerji xəritəsində strateji güc kimi önə çıxır

Aysel Əlibəyli 11 İyun 2026 · 17:34 1196 baxış

Azərbaycanın son üç onillikdə keçdiyi inkişaf yolu ölkənin regional gücdən qlobal əhəmiyyət daşıyan strateji tərəfdaşa çevrildiyini göstərir.

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri siyasi şərhçi Araz Balayev səsləndirib.Onun sözlərinə görə, Azərbaycanın milli təhlükəsizlik və xarici siyasət kursunda enerji diplomatiyası mühüm yer tutur. Araz Balayev qeyd edib ki, XX əsrin sonlarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” yalnız iqtisadi layihə deyil, həm də ölkənin beynəlxalq arenada mövqeyini gücləndirən strateji addım olub.Şərhçinin fikrincə, enerji resurslarından düzgün istifadə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin möhkəmlənməsinə, maliyyə dayanıqlığının təmin olunmasına və ordunun gücləndirilməsinə imkan yaradıb. Eyni zamanda, əldə olunan gəlirlər insan kapitalının inkişafına, təhsil proqramlarının həyata keçirilməsinə və yeni nəslin formalaşdırılmasına yönəldilib.Araz Balayev vurğulayıb ki, bu gün Azərbaycan yalnız enerji ehtiyatları ilə deyil, həm də çevik idarəetmə sistemi və rəqabətqabiliyyətli insan resursları ilə seçilir. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi layihələr ölkənin qlobal enerji bazarındakı rolunu daha da gücləndirib.Siyasi şərhçi bildirib ki, xüsusilə son illərdə Avropada yaranan enerji böhranı fonunda Azərbaycanın etibarlı tərəfdaş kimi əhəmiyyəti daha da artıb. Onun fikrincə, ölkə artıq təkcə qaz ixracatçısı deyil, həm də yaşıl enerji sahəsində yeni imkanlar yaradan mühüm mərkəzə çevrilməkdədir.Araz Balayev hesab edir ki, Azərbaycan bu gün Şərqlə Qərb arasında strateji enerji bağlantısını təmin edən və qlobal geosiyasi proseslərdə təsir imkanlarına malik mühüm oyunçulardan biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Külək güclənir: Əhaliyə sarı xəbərdarlıq edildi

Next Article

Trampdan Xarq adası açıqlaması: ABŞ ələ keçirməni dəstəkləməyəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

SOCAR və “CNOOC” əməkdaşlıq memorandumu imzalayıb

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 16:28 1082 baxış Azərbaycan və Çin şirkətləri neft-qaz layihələrində tərəfdaşlığı genişləndirəcək Elpress.az xəbər verir ki, SOCAR ilə Çinin Milli Dəniz Neft Korporasiyası (“CNOOC”) arasında enerji sektorunda əməkdaşlığın genişləndirilməsini nəzərdə […]

Azərbaycanda orta maaş 7 faiz artıb

Aysel Əlibəyli 10 Avqust 2026 · 17:01 1152 baxış Orta aylıq əməkhaqqı 1 174 manata yüksəlib Elpress.az xəbər verir ki, Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqında artım qeydə alınıb.Dövlət Statistika Komitəsinin məlumatına görə, […]

Ceyhun Bayramov İrpen şəhərinə gedib

Aysel Əlibəyli 06 Avqust 2026 · 15:03 1080 baxış Ceyhun Bayramov İrpendə: Ukrayna səfiri Azərbaycana həmrəyliyə görə təşəkkür etdi Elpress.az xəbər verir ki, Ukraynada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrpen şəhərinə ziyarət […]