--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Ağdaşın inkişaf perspektivləri araşdırılıb

Aysel Əlibəyli 30 İyul 2026 · 17:01 1150 baxış

Ağdaşın sosial-iqtisadi potensialının inkişafı üzrə təkliflər hazırlanır

Elpress.az xəbər verir ki, Ağdaş rayonunun uzunmüddətli sosial-iqtisadi inkişaf imkanlarının müəyyənləşdirilməsi məqsədilə araşdırmalar aparılır.Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun nümayəndələri “Ağdaş rayonunun strateji sosial-iqtisadi inkişaf istiqamətləri” layihəsi çərçivəsində rayona səfər ediblər. Səfər zamanı yerli icra hakimiyyəti nümayəndələri ilə görüş keçirilib və layihə üzrə görülən işlərin hazırkı vəziyyəti nəzərdən keçirilib.Müzakirələrdə tədqiqatların növbəti mərhələləri və təşkilati məsələlərlə yanaşı, rayonun iqtisadi potensialından daha səmərəli istifadə imkanları da diqqət mərkəzində olub.Layihə çərçivəsində sahibkarlar və müxtəlif sahələr üzrə mütəxəssislər arasında sorğular keçirildiyi, kənd təsərrüfatı, sənaye, xidmət, logistika, energetika və turizm kimi istiqamətlərin təhlil edildiyi bildirilib. Aparılan araşdırmalar əsasında rayonun inkişaf potensialı qiymətləndirilib və yeni layihə təklifləri hazırlanıb.Tədqiqatın əsas məqsədi Ağdaşın iqtisadi imkanlarını elmi əsaslarla qiymətləndirmək, investisiya cəlbediciliyini artırmaq və rayonun uzunmüddətli inkişafına dair strateji təkliflər hazırlamaqdır.Görüş zamanı layihənin ilkin nəticələri və rayonun gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Araşdırmaların davam etdirilməsi və layihənin praktiki nəticələrinin gücləndirilməsi istiqamətində təkliflər səsləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bəzi saytlara giriş müvəqqəti məhdudlaşdırılacaq

Next Article

Azərbaycan-Türk dünyası əlaqələri yeni mərhələdə

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rayon pensiyaçıları üçün ödəniş tarixi bəlli oldu

Aysel Əlibəyli 16 İyun 2026 · 15:49 1230 baxış Rayonlarda qeydiyyatda olan pensiyaçıların bu ay üzrə pensiya ödənişlərinin ən gec 19-dək həyata keçirilməsi planlaşdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu […]

Güzəştli kreditləşmənin çərçivəsi müəyyənləşdi

Aysel Əlibəyli 23 İyul 2026 · 13:57 1180 baxış Ekspert güzəştli kreditlərin verilməsi ilə bağlı yeni qaydaları şərh edib Elpress.az xəbər verir ki, Maliyyəçi-ekspert Namiq Hüseynov bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar Azərbaycan […]